İstiqlal məfkurəsi

ƏMİN ABİD

DÜHAYİ-ƏZİMİMİZ İSMAYIL BƏY QASPRİNSKİNİN VƏFATI MÜNASİBƏTİLƏ

Getdi əldən va əfsus ol sevgili ustadımız,
Ərşə əksəndaz oldu naləvü-fəryadımız.
Ah!...Yarəb biz necə bədbaxt millət olmuşuq,
Şad olmazmı məgər bir dəm dili-naşadımız?

“İQBAL” qəzeti, 17 sentyabr, 1914, №740

ƏLİ SƏTTAR

USTADİ-ƏZİM İSMAYIL BƏY QASPRİNSKİNİN
RUHU ƏĞDƏSİNƏ İTHAF

Görünüz biz nə müztərr insanız,
Nə siyəhru, nə ləxtu-suzanız.
Ki fələk də bizə ədo kəsilir,
Ediyor daima bizi dilgir.
O da bilmiş ki, böylə millətdən,
Böylə cahil, zəlil millətdən
İntiqam almaq üçün ən əvvəl
Yapmalı kasə-kasə zəhri-əcəl.
Etməli rəhnümaların məsum,
Qılmalı yeksər onları məzlum.
Ey ata! Ey əməlli hadimiz!
Ey maarif çölündə nadimiz.
Həqqimizdə fələk xəta etdi,
Bizi məqhur, binəva etdi.
Çəngəli-zülmü gözümüzə çaldı,
Canımız sən idin, onu aldı.
Əcəba, bir də sən kimi atamız,
Olacaqmı? Yox əldə dəstəvuz.
Diriliyin bizləri diriltmişkən,
İrtihalın da eylədi rövşən.
Puçdu tariximiz bu vəqtdə ki,
Yoxdu tarixi çöhrələr çünki.
Mövtzarın isə fəqət şimdi
Milli tarix kitabı yazdırdı.
Hər zaman ki, millət əfradı,
Görəcəkdir bu nami-dilşadı,
Ona təzim, səcdələr yapacaq,
Dirilik, səadət yolu tutacaq.
İştə bir böylə xidməti bəsdir,
Demək üçün bu ruh əğdəsdir.

“İQBAL” qəzeti, 17 sentyabr,1914, №740.

PETROVSKİDƏN ZİYA AXUNDZADƏ LƏNKƏRANİ
İSMAYIL BƏYİN RUHUNA

Var yeri görülsə gözdən qanü-rəvan, səndən sonra,
Qərq-dəhr qəm pirü-cəvan, səndən sonra.
Gülüstani-eysimiz oldu xəzan, səndən sonra,
Xatiri məhzun olurmu şadiman, səndən sonra?
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

Ruzü-şəb dərdü-qəmü-millətə biaram idin,
Əzmi-səbatla səmimi xadimi-islam idin,
Lütf-niyaz əzəldən xəlqə beyş nam idin.
Bir gül idin, leyk zib gülşəni-əyyam idin,
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

Ey təbibi-əsr, görmədin rəva bu zilləti,
Kim qala ovzadi-millətdən cəhalət aləti.
Himmətin qüdrətiylə qaldırdın hicabi-qəfləti,
Rövşən etdin mərifət nurilə çeşm-milləti,
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

Millətə heyni-tənəzzüldə tərəqqixah idin,
İqtizayi-halü istiqbaldan agah idin,
Leyl dica cəhalətçün işıqlı mah idin,
Firqeyi-islamə bişəkk neməti-Allah idin,
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

Aləm seflidə ikən tən diyarından məlul,
Ruh idin qılsın bəraz aləmi-qüdsi qəbul,
Ölmədin, etdin civar rəhmətü-həqdən nüzul?
Yox əcəb lütf edirsə sənə cənnət təyul,
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

Ruhumuzdur iştə həqi-türbət üçün rəhn,
Rəhmətulla zəhmətlərin mənzur olur balla yəqin.
Var ümidim həq verə padası bordur bərin
Qövlü qədir, laizeyi Allah əsr əlmhun.
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

Çün dua eylər sana, amin deyər ruhəlamız
Ey vücudi-pakü olmuş tireyi-ah içrə dəfn,
Eyləsin ezzəd məzarın rozebərin,
Matəm əhlinə kəramət qılsın əcrü-sabirin.
Varmı millət rəhbəri, ey mehriban, səndən sonra?
Kimdir əhvali-zamani-tərcüman, səndən sonra?

“İQBAL” qəzeti, 26 sentyabr, 1914, №748

MOLLA MAHMUD ÇAKƏR NAXÇİVANİ

USTADİ-ERŞADIMIZ BÖYÜK İSMAYIL BƏY

Ey piri-xirədmənd, əya dahiyi-dövran,
Ey qibləgahi-maarif, ey kimyayi-irfan!
Səndən sonra işraq eylədi nuri-həqiqət,
Ey şəmsi-həqiqətdən idin mahi-zisənat.
Ey nuri-rəha, nuri-zəka, nuri-dühat!
Səd ah! Əcəl vermədi bir az sana möhlət
Ey piri-xirədmənd, əya dahiyi-dövran,
Ey qibləgahi-maarif, ey kimyayi-irfan!

Mədhində əgər dolsa da övraqi-səyahif,
Haqqında rəvadır nə qədər olsa lətaif,
Küllən hünərinlə açılıb babi-müşarif,
Ey piri-xirədmənd, əya dahiyi-dövran,
Ey qibləgahi-maarif, ey kimyayi-irfan!

Zənn etmə kəsildi bu cahandan nəfəhatın,
Qəmgin etdi milləti bivəğt vəfatın,
Cəzb etmişdir aləmi təhriri-nəkatın
Ey piri-xirədmənd, əya dahiyi-dövran,
Ey qibləgahi-maarif, ey kimyayi-irfan!

Təbliğ elədin millətə elmü-mədəniyyət,
Elmü-mədəniyyətlə yox oldu bədəviyyət,
Bişəkk sən idin maneyi-vəhşiyyəti millət,
Təkmili-nüfuz eylədin əbkani-həmiyyət,

Ey piri-xirədmənd, əya dahiyi-dövran,
Ey qibləgahi-maarif, ey kimyayi-irfan!

“İQBAL” qəzeti, 30 sentyabr, 1914, №751

<< Əvvəli | < Geri