Kitablar

MÜQƏDDİMƏ

Şübhəsiz ki, Şərq pək dərin bir həyəcan içində bulunuyor. Hərbi-ümuminin sarsıtdığı bu aləm əsrlərdən bəri məluf olduğu ətalətdən silkinərək ciddi bir həyat əsəri göstəriyor.

Bütün dünyayı rəşədar edən bu həmləyi-inqilab bittəb İslam millətlərini dəxi istila etdi. Milliyyət dövri-təşəkküllərini adlayan məmləkətlərdə əvamili-ictimaiyyəyi təhriklə ictimai inqilab məfkurəsini doğuran bu həmlə, İslam məmləkətlərində digər bir inqilab məfkurəsi doğurdu: hakimiyyəti-milliyyə məfkurəsi.

Anadolu türklüyünü əqilləri şaşırdan tarixi bir möcüzə ehdasına sövq edən məfkurəyi-istiqlal, bütün Şərq millətlərinin müqəddəs məfkurəsidir.

Hakimiyyət və istiqlal məfkurəsi ilə aşılanan Şərq hərəkati-milliyyəsi hənuz sərmənzili-məqsudinə doğru rəhsipar oluyor. Gediləcək daha çox yol var. Xətər və məşəqqətlərlə dolu olan bu yolu sühulətlə gedə bilmək üçün həmrah bulunan şərqlilər yekdigərini bilmək zərurəti-qətiyyəsindədirlər. Aləmi-islam “Fətə`arafu” əmri-Quranisinə bilxassə bu zamanda riayət etmək zərurətindədir.

Məqami-xilafəti haiz bulunan Türkiyə aləmi-İslamın ittihad mərkəzidir. Hakimiyyəti-milliyyə əsası ilə  qurulan yeni Türkiyə - türk əqvamının ümid nöqtəsidir. Milli məfkurənin şanlı zəfərini təmsil edən böyük Türkiyə Şərq millətlərinin əməl məşəlidir.

Əvət! Türkiyə ilə Şərq, İslam və bilxassə Türk aləmi arasında mövcud rabitəyi-hissiyyə isbata möhtac bir qəziyyə deyildir. Fəqət bu rabitənin elmi bir təarüf üzərinə müstənəd olduğu məətəəssüf isbata pək möhtacdır. Əsri-hazırın vasiteyi-təarüfi, məlum ki, mətbuatdır. Şərq mətbuatına müraciət edərsək, şərqliləri yekdigərini tanıdacaq mənbəyi-təarüf kaç kitab buluruz?!...

Halbuki Avropada “Şərqiyyat” bəlli-başlı bir elmdir. Burada həyatını Şərqə həsr etmiş alimlərlə bərabər Şərqə aid nə qədər kitablar, nə qədər məcmuələr bulursunuz! Burada məsaili-Şərqiyyə ilə mütəvəğğil müəssisat yalnız lisaniyyat, ətiqiyyə, tarix və ədəbiyyat kimi məbahisi-elmiyyə ilə məşğul olmayıb, Şərqdə güzəran edən siyasi, ictimai, iqtisadi vəqaye və cərəyanları dəxi günü-günə təqib və məmləkətlərini daima tənvir edirlər.

Biz şərqlilərin bu babdakı məlumatımız isə qırıq, dönük qəzetə həvadisi ilə mütərcəm məqalələrə inhisar ediyor. Biz biliyoruz ki, Əfqanıstan elani-istiqlal eyləmiş. Azərbaycan cümhuriyyət təsis etmiş, İran əcnəbi əsgərlərdən təmizlənmiş, İraq, Hicaz*[3] və Fələstin mandat təhtinə alınmış, Hindistanda bir hərəkati-milliyyə varmış, Misir davayi-istiqlal ediyormuş. İştə bu qədər. Bundan fəzlə məlumat edinmək üçün ciddi bir mərcə və geniş məlumatı haiz bir mənbə ararsaq, tək bir kitaba dəstrəs olacağımız pək müstəhildir.

Bu hal “Təarufi” işkal edən ən böyük nöqsanlardandır. Bu nöqsanın bütün Şərq millətlərinə nə dərəcədə isnad edildiyini cəsarətlə iddia edə bilməzsək də, İslam aləminə aid olan qismində israr edə biliyoruz. Bu nöqsan bilxassə aləmi-İslamın mərkəzi və türk əqvamının ümidgahı bulunan Türkiyədə pək müəssirdir.

Məsələn, mövzumuz Azərbaycan məsələsini alalım: təmas etdiyimiz əşxasdan bu məsələnin Türkiyə əfkari-ümumiyyəsincə nə dərəcədə möhtaci-tənvir olduğunu öyrəndik. Məsələn, Milli Azərbaycan ilə şimdiki Azərbaycan arasındakı fərqi bir çoxları idrak edəmiyorlar. Azərbaycanın müstəqil ikən get-gedə bütün hüququnun Rusiyaya nədən tərk edildiyini, azərbaycanlıların buna nə üçün razı olduqlarını soranlara rast gəldik. Bolşeviklərin Azərbaycana millət tərəfindən çağrılmış olduqlarına inananlar var. Bolşeviklərə qarşı çıxarılan üsyanlar nasıl anlaşılmış, nasıl tələqqi edilmiş?!.. Bu da pək fəci bir hekayə. Bolşevik idarəsində bulunan Azərbaycanı məsud görənlər də yox deyil. Xülasə, cəhldən mütəvəllid bir çox sui-təfəhhümlər, yanlış təsəvvürlər və bundan doğan iğbirar ki, iki qardaş millət arasında arzu olunmayan infial və darqınlığı mucib oluyor.

Biz kəndi hesabımıza “Milli Azərbaycan nəşriyyatı” ünvani-ümumisi ilə nəşr edəcəyimiz bir silsileyi-rəsail ilə Azərbaycan əhvalına aid mövzuları tənvir etmək surətilə bu babdakı təarüf nöqsanını azaltmaya səy edəcəyiz.

Azərbaycan Cümhuriyyəti aləmi-İslamda təşəkkül edən ilk cümhuriyyətdir. Bu Cümhuriyyət eyni zamanda bir türk hökümətidir; təbiri-digərlə kiçik Türkiyədir.

Kiçik Türkiyə xalqı ilə Böyük Türkiyə xalqı arasındakı münasibət iki qardaş münasibəti qədər səmimiyanədir. Bu səmimiyyətin ən canlı dəlili “Sevr” müahidəsinin*[4] hökmi-edamı altında müztərr ikən belə, Türkiyə əfkari-ümumiyyəsi Azərbaycan istiqlalının “Etilaf” dövlətlərincə təsdiqini kəndi məsərrəti kibi təəyyüd eyləməsi idi. Vətənim, Azərbaycan xalqı dəxi bolşevik istilası altında inləməkdə ikən Türkiyənin möcizeyi-zəfərini mənimsəməklə sevinmişdir. Keçirdiyimiz bu istilahə günlərində Osmanlı imperatorluğunun ünsüri-əslisini təşkil edən Anadolu türklüyü yeni bir höküməti-milliyyə təsis ediyor. Bu hökümətin xarici siyasəti Şərqdəki vəzifəsini hüsni-ifa etmək istərsə, qənaəti-acizanəmizcə Azərbaycan Cümhuriyyətinin müqəddəratına laqeyd qalmaması icab edər. Bu nöqteyi-nəzərdən Azərbaycan məsələsi Türkiyə üçün ciddi düşünüləcək bir məsələdir.

Bir məsələyi ciddi düşünmək, o məsələyi iyicə tədqiq etmək və öyrənməklə qabil olur. Artıq beynəlmiləl bir şəkli haiz olan Azərbaycan məsələsi, eyni zamanda, Türkiyə üçün əhəmiyyəti-həyatiyyəyi haiz Qafqasiya məsələsinin də bir cüzidir. Halbuki bu məsələdə dəxi Türkiyə nöqteyi-nəzərindən möhtaci-tənvir bir çox cəhətlər vardır.

Biz bu xüsusdakı nəşriyyatımıza ibtida “Azərbaycan Cümhuriyyətinin təşəkkülü və şimdiki vəziyyəti”ni izahla başlamayı mürəccəh bulduq. Hərb və ixtilal günlərində cərəyan edən kaç sənəlik vüquat ilə, bu vüquata təqəddüm edən ədəbi və hərsi hadisələri bir vəchi-ixtisar təlxis etmək surətilə zati-məsələ haqqında ümumi bir fikir vermək cəhətini düşündük. Vəqaye və hadisatı nəql edərkən vaqiələrin şəxslərindən ziyadə hadisələrin səbəblərinə əhəmiyyət verdik.

Iləridə, tövfiq olursa, davam etdirəcəyimiz nəşriyyatın bir müqəddiməsini təşkil edən bu risaləmizlə möhtərəm Türkiyə qarelərində Azərbaycan məsələsi üzərinə ciddi bir təvəccöhi-nəzər cəlbinə müvəffəq olursaq, vəzifəmizi görmüş ədd edəriz.

Nəticədə yazılarımızda İstanbul şiveyi-ədəbisindən təbaüd görülürsə, Azəri olduğumuz hesabı ilə möhtərəm qarelərimizdən qüsura baxmamalarını rica eyləriz.

I

AZƏRBAYCAN XALQI

Hərbi-ümumidən*[5] əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, şimali İranda vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyuk Rusiya ixtilalından sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın Şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır.

Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə İslam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər.

Kəndi ləhceyi-məxsusəsilə Anadolu türkcəsinə yaxın bir şivə ilə qonuşan Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük Türk ağacının bir dalıdır.

Azəri türklərinin hal-hazırda oturduqları yerlər min əl-qədim türk xalqı ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kibi məmləkətlər daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər kəndilərində bir çox türk sülalərinin irili-ufaqlı hökümətlər qurduqlarını və illərlə səltənət sürdüklərini görmüşlərdir.

İdil*[6] nəhrinin Quzğun dənizə*[7] töküldüyü yerində böyük bir səltənət quran Xəzər türkləri miladi 700 sənələrində Qalmık səhrası və Qumık sahili ilə aşağıya doğru enmiş, Muğan çölünə yayılmışlardır. Daha sonra onları digər türk axınları təqib eyləmiş, böyük Çingiz ilə Teymurun cəngavər köçəbələri Kür nəhri boyu ilə Araz nəhri hövzələrinin, Ceyhun ilə Seyhuna mümasil bulduqlarından kəndilərini oturaq etmişlərdir. Səlcuqilər zamanında buralar artıq qəti bir surətdə türk məmləkəti halına qoyulmuşdur. Səlcuqlardan sonra bu ərazi əldən-ələ keçmiş, müxtəlif hökmdar sülalələri idarəsində qalmışdır. Fəqət yekdigərini təqib edən bu sülalələr dəxi əksəriyyən türk olub, böyükləri münqəriz olduqda yerlərini, kiçik də olsalar, yenə birər türk xanlığına tərk etmişlərdir. Bunlardan Azərbaycan Atabəyləri namı ilə elani-istiqlal edən Şəmsəddin Eldəniz sülaləsi 80 sənə hökümət sürmüşdür. Bu vaqiəyi-istiqlal 541 sənəsində Gəncədə elan olunmuşdur. Bundan başqa, Qaraqoyunlu və Ağqoyunlu türkmən sülalələri dəxi burada hökümət eyləmişlərdir.

Bundan yüz sənə müqəddəm Rusiya çarizmi tərəfindən istiqlal və mövcudiyyətlərinə xatimə verilən Dərbənd, Quba, Lənkəran, Şəki, Şirvan, Bakı, Qarabağ, Gəncə, İrəvan və Naxçıvan xanları dəxi azərbaycanlı türk hökmdarları idi.

Türklərin buradakı hökmranlıqları Hindistan, Ərəbistan, İran və Misirdə olduğu kibi başqa cinsdən bir xalqa əsgəri bir sinif olaraq hökümət sürməkdən ibarət olmamışdır. Osmanlılardan başqa əksər türk köçəbələri hökümət etdikləri xalqa təməssül etmişkən, Azərbaycan türkləri – kütlə etibarilə – milliyyətin rükni-mühümmünü təşkil edən lisanlarını halilə ibqa etmişlərdir.

1808 sənəsi ilə 1828 sənələri arasında, başda qəhrəmani-milli Cavad xanın*[8] dastani bir müdafiəsi olmaq üzrə, müxtəlif səhifələrə girən mücadilə və müharibəsi nəticəsində Azərbaycan xanlıqları kəndi mənliklərini haqqı ilə dərk etmədən, kəndisini idrak etmiş milli bir sima göstərmədən, tamamilə İran hərs və nüfuzi-mənəvisi altında ikən – mövqelərini müasir bir ordu ilə gələn rusun qüvvəti-bazusuna tərk və qəzaya təslim oluyorlarsa da, xalq kəndinə məxsus ədəbiyyatı, şairləri, aşıq və dərvişləri ilə hüzn və məsərrətini kəndi lisanı ilə tərənnüm ediyor və kəndi idrakı ilə bir vücud olduğunu sezdiriyordu.

Əvət! Rəhləsi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrıyanıq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların ruha sinən türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uydururkən çağırdıqları ninniləri – xəvasının düşüncəsilə – kəndisini İranlı bilən bu xalqın müdhiş bir zəlalətdə olduğunu göstəriyor:

– Xeyir, deyil, sən türksən! – diyordu.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>