Məqalələr

XIRDA-MIRDA

ÇƏRƏNÇİYƏ

Biğərzə çərənçi, bivicdanın birisi! Nə qədər çalışdım, nə qədər qələmimi geri çəkdim ki, sənin çərəndiyatına cavab verməyim, lakin yenə də özümü alamadım.

Sənin ancaq yazdığın qəzetə deyilən ovraqparəyə*[1] layiq söyüş və cəfəngiyyatına cavab verməyəcəyəm. Çünki, mən qəzetədə bir sətir belə şəxsi-qərəzlərə, küçə söyüşlərinə yer verməyi hüquqi-ammiyəyə xəyanət etmək hesab ediyoram. Və belə cəfəngiyata o qəbildə olaraq cavab verməyə tənəzzül etmərəm. O cəhətdən ancaq mühərrirliyinə layiq olan müzəxrəfatınıza*[2] cavab verməyib, məsələnin layiqi-tənqid cəhətinə keçirəm.

Balam! Axır bir şey yazanda – müftə buraxılan pulu belə korlamaq da olsa, elə gərək yazasan ki, heç olmasa ciddi demiyorum, səthi bir tənqidə belə layiq olsun, yoxsa ki, mürəttibi razı salmaq, vaxtında mətbəəyə yazı vermək üçün mətbuat

Heysiyyətdən salınmasın.

Heyhat, nə bəhs ediyoram, sən ki, çoxdan bəri mətbuata tüpürübsən!..

Iştə “ixtilafi-ümməti rəhmətə” məsələsi: bu hadisə qayırma diyorsunuz.

Lakin keyfinə yarayan bir hədisə doğru deyib, qeyrisinə cəli*[3] demək də ancaq “birisi” kimilərin məntiqinə yarar.

Qayırma hədis ilə doğru hədisi fərqləmək üçün şəriət özü əql ilə Qurani mizan qoymuşdur. “Əqli-müsadimeyi əfkardan bariqeyi-həqiqət çıxar” - əsasi-mümtazə üzrə bu hədisin doğruluğuna şəhadət verdiyi kimi Qurani-şərifdə peyğəmbərə xitabən “mən istəsəydim ümmətlərin hamısını bir yaradardım” – deyə bunu təsdiq ediyor.

“Vəətəsimu bihəblillahi cəmiən”*[4] ayeyi kəriməsi də bu həqiqəti nəqz edəməz. Çünki, əvvəlinci ümumi bir qanun olduğundan ikincidə xüsusi bir təbliğat cümləsindəndir.

Məsələn, bir sisoal-demokratın fikrincə cəmaətin müxtəlif firqələrə bölünməsi təbii bir əmr isə də sosial-demokratın hamıya öz əfkarını təbliğ etməsi də təbiətdən xaric olamaz və əvvəlki həqiqəti fəsx edəməz. Hər biri öz yerində səhihdir.

Lakin “keyflilərin”qorxmaqlarına səbəb ixtilafi-rəy ilə qoçubazlığa təfavüt qoymamaqlıdır.

Marzadə
“İrşad”, № 12, 26 yanvar 1908

*[1] ovraqparə - kağız parçası

*[2] müzəxrəfat – cəfəngiyat

*[3] cəli – saxta

*[4] “vəətəsimu bihəblillahi cəmiən” – (Al İmran surəsi, 103-cü ay.) – “hamınız allahın ipindən ipindən yapışın”.