Məqalələr

XIRDA-MIRDA

Sovet syezdən şəhər idarəsinə böylə bir məktub gəlmişdir:

“Siz çalışdınız ki, bizə çatasınız, mümkün olmadı, indi biz sizə çatmaq istiyoruz.

Aşna, bilirsiniz nə var, cəmaət işində olan adamlar gərək ya göydən ensinlər, ya da ki, yerdən çıxsınlar, yainki, qövm-qardaşları olmasın. Bu qövm-qardaşın ucundan bizim kassamıza da siçanlar yol tapdı. Siz Allah, bizə bir məsləhət görün, siz belə işlər çox görmüsünüz dünyadidəsiniz. Öz gördüyünüz işlərdən bizə də bir çarə göstəriniz.

Dastakyan”.

Şəhər idarəsindən də bu məktuba aşağıda dərc olunan cavab getmişdir:

Möhtərəm Dastakyan!

Məktubunuzu alıb, mütaliə etdik. Artıqcasına sevindik. Sizin də bizim günümüzə düşməyinizi təbrik ediyoruz. Nə çarə, qövmü-əqrəba gözləməkdən labüd gərək xərclər azalsın. Bu xüsusda gördüyümüz təcrübədən sizə məsləhət görərik ki, əvvəl başlayın fəhlələr üçün açdığınız gecə kurslarından, sonrabolnitsalardan, gündüz məktəblərindən, yavaş-yavaş durun bağlamağa, allah kərimdir, bəlkə bir təhər ilə başınızı dolandırasınız. Iki ayın məvacibini birdən də vermək olar. Belələri var ki, üç-dörd ay da gözləyə bilərlər. Bular da baxır sizin zirəkliyinizə. Xülasə lazım olmayan şeyləri yığışdırın! Nəyə lazım ki, fəhlələr oxusunlar?! Onlar onsuz da bilirlər. Amma qövm-qardaşı gözdən salmaq olmaz. İnsanın bir yıxılacaq günü də var, onu da gözləməlidir.

Şəhər rəisi əvəzi Səfər Əlizadə”

FƏLSƏFƏ

Dünya bir karvansaradır. Heç kəs burada qalacaq deyildir. Ona görə də dünyanın abadlığına çaışanlar axmaqdırlar. Özgə üçün çalışırlar, kişi sərmənzil fikrində olsun gərək, həmişəlik məkanını təmir eləsin, qəbristanlıqlar gərək abad olsun. Odur ki, mən müsəlmanların biri-birlərini pldürüb tələf etdiklərini həmişə təhsin edirəm. Çünki, bu adamlar həqiqəti-ümura layiqincə bələd olub, dünyadan əl çəkmiş, qəbristan təmirinə girişmişlər.

İştə axirətpərəst, qəbristanabad olmaq istəyirsənsə qoçu ol!..

SƏFSƏTƏ

Hər nə varsa, dünyadadır. Dünyanın həyatındadır. Səadət də, nükbət də, sərvət də, zillət də - hamısı buradadır – anladınmı... Topraq olacaqsan, səndən baqi qalacaq bir tük belə olmayacaq. Asarından dünyada gördüyün xeyir və ya şərlər qalıb yə rəhmətə, ya lənətə giriftar olacaqsan.

İştə çalış dünyanı abad elə. Bu avadlıqda di gəl öz nəfsini, gələcəyi nəzərdə tutub bərpa et!

Marə
“İrşad”, № 9, 19yanvar 1908