Məqalələr

SKVOZNYAK

Rusiya tarixini oxuyanlara məlumdur ki, məşhur Pyotri-Kəbir Peterburqun binasını qoymaq istədikdə Neva çayının kənarında kol-kosluq və bataqlıq yerdə durub dedi ki, “mən buradan Qərbə pəncərə açacağam”. Sözünə əməl eləyən və dediyində sabit-qədəm olan imperator dediyini elədi və Qərbə pəncərə açaraq Peterburqu bina elədib, onun əhəmiyyəti-siyasiyyə və ticariyyəsi münasibətilə bəzi Avropa nizamını rusiyalılara göstərib öyrətdi...

Pyotri-Kəbirin bu pəncərə açması bizim hakimlərin rəyasət və pul keyfəmayəşa başlarında olub pəncərədə şöhrət gördükləri üçün və cəmaət tərəfindən özlərinə bir “etibar” qazanmaq üçün, Qərbdə işləyə bilməyib “Şərqə” pəncərə açmaq istədilər...

Istədilər də pəncərəni açmağa. Şərqin divarını yıxmağa başladılar...

Pəncərəni açdılar...

Lakin bu pəncərəni böyük səhvə düçar olub, böyük bədbəxtliyə giriftar olduqlarını gördülər.

Qərbdə bu pəncərə varkən, Şərqdə də bir pəncərə açıldı. Pəncərə açıldı, nə açıldı... hürriyyət “skvoznyak”ı bu başdan vurub o tərəfdən çıxdı. Tufan eləyib bu vaxta kimi yığışan “nizam və qayda”ları vurub dağıtdı. Cəmaəti də Avropadan götürdüyü “azarlara” mübtəla edib, böyük-böyük iddialara saldı.

Bürokratlar səhvlərini anladılar. Pəncərəni aşmalarına peşman olub küləyin qabağına sədlər qurmağa başladılar...

“Yoldaş”, № 3, 1 sentyabr 1907