Məqalələr

İSLAM MƏTBUATI

Möhtərəm “Füyuzat”ın axırıncı nömrəsində ədiblərimizdən mühərriri-şəhir*[1] Həsən Eyvazovun “Nədən bu hala qaldıq” ünvanlı bir əsəri görüldü ki, məzkur əsər drama qaidəsi ilə yazılıb üç məclisdə qurtaracaqdır. Əsərin bu əvvəlinci hissəsində bizim nəzərimizə çarpan böyük bir nəqs*[2] vardır ki, o da müsənnif*[3] cənablarının sosialistlərlə yəqin əlaqədar olmadığına bir dəlili-vazehdir. Bu əsərdə “sosialist” vəzifəsinə qoyulan bir qəhrəmanın, hərgiz sosialistlik məramnaməsi və taktikası (xətti-hərəkəti)na müvafiq olmayan sözlər, nitqlər və hərəkətlər veriliyor ki, bu da ya müsənnifin xəbərsizliyinə və yainki, yazının, əsərin başqa bir fikr ilə yazılmasına istidlal*[4] ediyor.

Həmişə cəmaətin arasına girib hisli-paslı fəhlələrin dairələrində nəşri-əfkar etmək sənəti olan bir heyəti cəmaətdən qaçmaq, onun adab*[5] və dabindən*[6] hürkmək kimi naqabil surətlərlə müttəhim etmək, öz ana dilini bilməyən bir çox millətçilər olduğunu fəramuş edib gözə görünən sosialisti cəmaət nəzərində öz millətindən bixəbərlər kimi cilvələndirmək bitərəf bir müsənnifə yaraşıyor hallardan deyildir. Hərgah sosialist olmayan müsəlmanların “Tərcümanları”, “Vətən xadimləri”, “Ülfət”ləri və qeyriləri var isə sosialist olanların da “Ələsrül-cədidləri”, “Tan yulduzu”ları, “Ural”ları, “Təkamül”ləri və qeyriləri vardır.

Bizi heyrətləndirən böylə bir əsərin “Həsən Səbri” qələminə mütəlliq olmasıdır. Çünki Həsən Səbri sosialistliyə zidd deyil, bəlkə ona maildir ki, bu da bizə yazdığı bir məktubdan anlaşılınır ki, bizim sosialist olduğumuz halda bizləri təbşir və təbrik qılır:

İştə müşarün ileyhin bizə yolladığı məktubi-bəradəranə: Bakıda möhtərəm “Təkamül” idarəxanəsinə!

Əfəndimiz həzrətləri!

Mətlubi*[7]-acizanəm olan bir nüsxə “Təkamül” gəldi. Təşəkkürlər edirəm. Təkrar-təkrar oxudum. Məslək və lisaninin çox iyi buldum. Lisani bir dərəcə daha türkləşdiriliyorsa daha iyi olur idi fikrindəyəm. Fəqət şurasını da dərxatir ediyoram ki, “Təkamül”mizin əsl məqsədi əsasi fəhlə (əmələ) qardaşlarımızın gərək əhvali-pərişaniyəsini baxüsus ictimai və iqtisadi hallarının islah olduğu və müsəlman əməllərinin ən tulu bulunduğu məhəlli Qafqaz qitəsi bulunduğundan Qafqasiya, yəni Azərbaycan şiyvəsi üzrə çıxması daha faidəli və münasib görülmüşdür, zənn edərim. Hər halda təkamülümüzün gərək şəxsi-xariciyyəsi və gərək təqib etdiyi məsləki-ictimaiyyə və hürriyyət-pəsəndanəsi zəif vücudumdakı ən ziyadə can alacaq damarlarımı təhrik və uyuşmuş qanlarımı ğələyanə gətirdi.

Yaşasın “Təkaçül”! Var olsun müdir və mühərrirləri.

Baqi ən səmimil-qəlb ərzi-ehtiram edərək təqib etdiyiniz məqsədi-əqsayə tizdən nailiyyətinizi təmənna edərəm əziz qardaşlarım!

Maslakdaşınız:

Həsən Səbri Eyvazov”.

Biz şu məktubi-bəradəranəyə qarşı ürəyimizin ən dərin güşəsindən gələn riyazət və məmnuniyyətimizi izhar etməklə bərabər məsləkdaşımızın əsərində görülən nəqsin insandan uzaq olmayan bir səhvdən naşi olduğunu zənn ediyoruz.

“Təkamül”, № 14, 26 mart 1907

*[1] şəhir – məşhur

*[2] nəqs – nöqsan, əkslik

*[3] müsənnif – yazıçı, müəllif

*[4] istidlal – isbat etmə, dəlil gətirmə

*[5] adab - ədiblər

*[6] dabindən – xəstəlik

*[7] mətlub - istənilən, arzu olunan