Məqalələr

BAKI, 3 FEVRAL

Biz öz əqidəmizin göstərdiyi həqiqi yollarından kənar çıxmadığımız üçün müqəddəs əsas və binalarımızın rəxnədar olmadığına inandığımızdan hər bir millətçilik asarına qarşı dururuz. Biz deyiriz ki, hürriyyət, azadlıq, gələcək səadət və rəfahət bir şəxsin işi olmadığı kimi, bir millət, bir taifənin işi olmayıb, hamı insanların müttəhid, müttəfiq olaraq görəcəkləri bir əmri-əzimdir. Ona görə də “yalxu əldən səs gəlməz” zərbül-məsələni ünvan edib, cümlə millətlərin füqəralarını ki, onları bir qismdə olan pvzayi-iqtisadiyyə və haləti-ictimaiyyələri birləşdirib müttəfiq ediyor, çağırırız ki, birləşib, birlikdə əlbir olaraq dəhşətli bir sitvəti ilə üstlərinə düşən istibdad zəncirini qırsınlar. Və bu nöqteyi-nəzərdən olaraq, hər bir firqə, hər bir heyətilə ki, bu əsasa ziddiyyət göstərib, bu binanın üstündə deyildir. Biz ümumi azadlıq naminə mübarizə ediyoruz.

Iştə ictimaiyyun-amiyyun tərəfdarı olub, seçkilərdə həmi müsəlman firqəsinə, həmi də daşnaksutyunlardan ibarət olan “Yer və ixtiyar” firqəsinə elan etdiyimiz cihad bu nöqteyi-nəzərdəndir.

Millətçi bir firqə özünün vüsətli məramnaməsilə bizə bir o qədər ağır deyildir, nə qədər ki, halı-hazırda Bakıda iş görən “müsəlman firqəsi”.

Hərgah bu “müsəlman firqəsi” Nijni Novqoroda ictima edən “Müsəlmanlar ittifaqının” şöbəsi olsaydı, necə ki, bunu bəzi üzvləri iddia edir, necə ki, də bildirdiki buradan gedən Duma vəkilləri özünün “ittifaqi-müslimin” əzalarından olduğu ilə, bunu guya, göstərir, yenə dərd yarıdır, yenə də təskinlik verəcək bir şey idi.

Bu firqədən bir kəlmə söz eşitməyən əhali onun əsas və məramnaməsindən xəbəri olmayan cəmaət bu ““müsəlman firqəsi”nin nə olduğunu bilirmi? Bir dəfə olsun məktubən və ya şifahən bu barədə cəmaətə bir söz deyilibmi??! Bir yol olsun bu firqənin məsləki və məramnaməsi və bu məramnamədə göstərilən məqsədlərə çatmaq üçün nə vəsilələr ittixaz ediləcəyi xüsusda bir şey izhar edilibmi?

Xeyr, xeyr! Böylə işlər, bu qism fədakarlıqlar, həqiqətən cəmaət xatirəsinə işləyən bir firqənin, el naminə çalışan bir heyətin işidir. Adlarını “müsəlman firqəsi” qoyanlara isə, cəmaətin bətalətindən kəsb-fürsət edib, öz ağalıqlarını sürməkdən, öz hökmlərini yeritmərdən başqa bir şey lazım deyildir! Onlara öz adamlarını keçirmək lazımdır. Cəmaətə bu barədə məsləhət eləmək, onları piçəzvaxt nə qism adam göndərəcəklərindən xəbərdar etmək bir o qədər əhəmiyyətli işlərdən deyil. Onların Dumaya vəkil göndərməkləri müsəlman anasının oğluna aldığı gəlinin hekayəsinə bənziyor. Oğlunu evləndirir. Lakin kimə evlənməsini oğlu fəqət zəffaf gecəsi bilir. Indi Bakı əhalisi də Dumaya nə məsləkdə adam göndərdiklərini, fəqət bu adam Dumaya gedəndən sonra biləcəklər!

Qeyri firqələr ilə mücahidə edib meydandan faik çıxmaq üçün bu da bir vasitədir. Lakin çox təqsirli, nəhayət qəbahətli bir vasitədir!

Qoy bu vəsilə və vasitə ilə iş görənlər, bunu qansınlar ki, onların belə bir fürsətbazlıqları həmişəlik deyildir! Qoy onlar bunu yaxşı qansınlar ki, bu il seçkilərdə edilən ğəlğəşlərə baxmayaraq ictimaiyyun-amiyyunlar aldıqları səslər onu göstərir ki, bətalətə giriftar olan külliyyət bu yavuq zamanda ayılıb özü-öz işini aparacaqdır, bir dəxi ağalara fürsət verməklə öz hüququnu batırmayacaqdır!

M.Ə.
“Təkamül”, № 7, 3 fevral 1907