Məqalələr

TƏNQİDÇİLƏR

Bir şeyi: yazınımı, kitabımı, yaxud bir qirqəni, bir heyəti tənqid edən kimsə gərək əvvəl, biləvvəl o qazıda, o kitabda bəhs edilən elmə, fənnə, əsasa bələdiyyəti olsun. Özü də az-maz deyil; kamalınca bələdiyyəti olsun, yainki bir firqəni tənqid edən gərək o firqəni tənqid edən gərək o firqənin əvvəl, biləvvəl əsasına bələdiyyət yetirsin. Sonra onun işlərini, yəni tutduğu əsaslara mütabiq və ya müxalif gördüyü işlərini kəşf və tərif edəsin.

Bu müqəddiməcikdən sonra müxtəsərcə bir digər müqəddimə iradını da lazımi bilib bir millət, bir cəmaət arasında olan heyəti, firqə və cəmiyyətlərin hərəsinin özünə məxsus əsası olmasını, özünə görə kargüzarlıq dairəsi varlığını və bu nəqtədən naşi gələcək izahatımız və cümlə iradətimizdən bu sərçeşmədən cari olmasını qareini-giram özləri görəcəklər.

Bir cəmiyyət təşkil olunur. Cəmaətin cəhalətə qərq olanlarını girdabi-zülmətdən qurtarmaq ümdə vəsilə sandığı maarıfı nəşr etmək qəsdilə özünə məqsədi-əsası olaraq nəşri-maarif yolunu ittixaz edib, bu yolda işləməyə şüru ediyor. Öz vəzifəsindən xaric olan cəmaəti zülm və istibdad qarşısına mühafizat etmək məramı ilə mücadilə dəstələrinin tərtib və tənziminə qarışmıyor. Yəni bu dairədə olaraq əlaniyə iş görmüyor. Digər bir cəmiyyət arasından bədəxlaqlıq və bədbihesablığı rəf etmək üçün meydana girir və bu vəzifəsini icrayə qoymaq üçün teatro işinin tərəqqisi və milli musiqinin təkamülü yolunda hargiz çalışmaz və çalışmağı lazım da deyil. Digər bir siyasi firqə hər bir şeydən əvvəl məmləkətin siyasətini təğyir vermək, öz həməfkarlarının mərami-siyasiyyəsini icra etmək yolubda çalışır. Ona məqsəd əslini atıb fürüat ilə məşğul olmaq yaraşmaz. Bir ağacı yıxmaq istəyən şəxs kötüyə balta çaldıqda, kötüyü əldən buraxıb şax budağı qırmaq ilə dəfül-vəqt eləməz. Fəlakətzədəganə müavinət etmək qəsdi ilə bina olunan bir komitəyə acları unsuz, çörəksiz buraxıb məktəb güşadinə məşğul olmaq qəbihdir.

Xülasə bir fabrikada hər bir qism işlərin zəhmətləri o fabrikanın işçiləri arasında təqsim olunan kimi, böyük bir fabrika şəbihi olan cəmaət işi də eləcə təqsim olunsa gərək ki, ancaq bu yol ilə hər bir iş öz yerində yaxşı gedib tərəqqi edər.

Lakin nədən isə bəzi mütəşəxxisin*[1] ki, tək özləri yoldaşları ilə istəsələr ki, Gəncə quberniyası fəlakətzədələrinə lazımınca ianə eləsinlər, qadir olduqları halda böylə bir mülahizədə bulunurlar ki, niyə bəzi firqəçilər özlərini əhli-hümmət adlandırırlar da, ibraza-hümmət edib, ianə komitəsi tərəfindən vəkil olaraq Zəngəzur zərərdidələrinin əzalarını təhqiq etmək üçün müfəttiş vəzifəsinə girmək istəmiyorlar? Nə qədər gülünc təsəvvür. Nə əndazədə xəbərsizlik!! Bu mütəşəxxisin nə bixəbərlikləri nə qədər təəccübamiz olsa da, mühərrir vəzifəsini ifa edən, cəmaət işlərinin hər surətinə bələd olan Haşımbəy Vəzirovun “İrşad” cəridəsində “iş görənlərimiz”i etdiyi tənqid, onlara atdığı tənə, onlardan tələb etdiyi fədakarlıq bir daha əcəbəngizdir. Cənab Haşımbəy cümlə füqəra tərəfdarları olub, hürriyyət çağıranlara təklif ediyorlar ki, buyurun, məgər Zəngəzurda qırılanlar demokratlar deyil, məgər onlar füqəra silkinəmənsub deyillər? Və İrəvanda olanları bu bəladan qurtarın!

Haşımbəy cənabları özləri iş görənlərimizin ya ifrat və ya təfritindən*[2] şikayət edir. Lakin özü də bu mərəzdən qurtara bilmiyor. Bar taqım qeyri-məzun firqələrin adını sayır ki, onların əzaları üçün hökümət göydə gəzir də əlinə düşmüyor. Və sonra bu xüsusi yadından çıxarıb özlərinin adlarını bir kartoçka üzərinə yazmaq ilə kifayətlənirlər kimi qeyri-səpkidə bir irad edir. Bir heyəti siyasi firqə adlandırır da, sonra ondan aclara kömək eləmək, məktəb açmaq, teatro qayırmaq kimi vəzifələrin də icrasını tələb ediyor.

Mühərrir cənablarının bu məqaləsi başdan-ayağa bir məntiqsizlikdən ibarət olduğu nə qədər bəid*[3] olsa da buraya “hümmət” adının idxali daha da bəiddir. Və bu bəidliyin nədən ibarət olmasını deməklə hörmətli müsənnifi heyrətləndirdik. Cefaidə ki, polisə şəraiti imkan vermiyor. Yəni bu halda höküməti-istibdadiyyə bizim müsahibimizə köməkçi çıxıyor.

Tənqidçi həzrətləri hər gah Zəngəzura gedənlərə yaxın bələdiyyət yetirsəydi, yəqin ki, bu məqaləni yazmazdı...

Bəlkə müşarül ileyhi*[4] hər bir işdən bunu vacib bilib məhz buna xidmət etməyi müqəddəm saymaq istiyor. Öylə olanda lazım gəlir ki, cümlə ictimai işlər hamısı moquf olub, dəmirçi dəmirçiliyindən, teatroçu teatrosundan, mühərrir təhririndən, müəllim təlimindən, Haşımbəy də müvəqqət müdirliyindən əl çəkib Zəngəzura getsinlər... böyləmi?

Rəsulzadə
“Təkamül”, № 5, 20 yanvar 1907

*[1] mütəşəxxis – təşəxxüslü, görkəmli

*[2] təfrid – səhv, nöqsan

*[3] bəid – qəribə

*[4] müşarül ileyhi – yuxarıda göstərilən