Məqalələr

ÖZ MÜXBİRLƏRİMİZDƏN

19-cu nömrədən mabədi
Həzrəti-Əli həzrətlərindən yetişən hədislərdən:

1) Ey olan aşiq Əli övladinə,
Bir qulaq ver sən Əli fəryadinə!
Kim o sərvər söyləyir bu nəğməni:
Alim həyy*[1] və cahilin yoxdur cəni (canı).

2)Ey olan şieyi Əbu Talib,
Elmə hər bir zaman sən ol talib!
Sərvəri-din ol vəliyyü-xuda*[2]
Söyləyibdir ziruyi-sidqi-səfa*[3].
Adəmin cinsi alimü-talib,
Qeyri besyar vardı ruhi-biqalib.

Bu elmlərin ikisini də öyrənmək bizə lazımdır. Amma elmi-abdan, hansı ki, məişət və mədəniyyətə məxsusdur, onun təhsili üçün minlərcə məktəb vardır. Amma din elmini əyrənməyə demək ki, cəmi Rusiyada bir mədrəsə tapılmayan kimidir.

Pəs hümmət və qeyrət vaxtıdır. Ittifaq edib, bir məktəbxanə bina eləyin ki, ona da ümumi ruhani deyilə. Hansı ki, o məktəbdən çıxan üləmadan molla və axundlar təyini lazım olacaqdır.

Dövləti-aliyyeyi-Rusiya qanunu ilə müsəlman ruhani sinfinə girən əşxas gərəkdir ki, Rusiyada təlim almış olsunlar. Bu hamısına məlumdur. Halbuki, Rusiyada bir bab ruh ruhani məktəbxanası yoxdur. Pəs bizə mola kim olub, qəzavat*[4] kim edəcəkdir?

Məlumdur ki, bizim üləmalarımızın əksərinin ümumi riyaziyyədən bilmərrə xəbərləri yoxdur. Hər ayinə üsuli-cədid ilə ruhani mədrəsəmiz olsa, mollalarımızda fünuni-hazirəyə aşina olub, həm özləri doğrudan alim olarlar, həm də övladi-milləti müstəfid*[5] edərlər. Bu səadət qapısının açılmasını Qafqaz dövlətlilərindən və hümmətlilərindən, ələlxüsus Bakı milyonçularından gözətləyirik.

ELM TƏRİFİNDƏ DEYİLİBDİR

MÜXƏMMƏS

Aç qulağın bir eşit bu sözlərin ey bül füzul*[6],
Elmə rağib*[7] olgilən qafildilər küllən cühul*[8].
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul*[9],
Fəzli elmi bilgilən şərilə olmuşdur qəbul,
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul*[10]
Bu təriqətdə nə qədri çəkdi zəhmət Müstəfa*[11],
Söylədi əlelmü-elmani və fis-sin bərməla*[12].
Hər necə cövr etdilər edmüb olara iqtifa*[13],
Hökm edərdi hökmü kim, hökm eyləyib ani xuda.
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Elmilən bir vəqti də mənsur olub islamiyan,
Nüsrəti-islama eylərdi təəccüb bu cahan.
Bu zamanda azdı dünya içrə islami sayan,
Düşmənidir qafilin ol xudayi-laməkan.
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul,
Öyrən elmi ləhdəcən tapşırmış ol fəxri-ənam.
Mərdüzən alim olsun gərək deyibdir ol imam.
Elm elindir hər nə var biz müxtəsər qıldıq kəlam,
Dustudari-əhl-elm olmuş bilin rəbbül-ənam,
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.

Məhəmməd Əmin Rəsulzadə
“Şərqi-Rus”, № 20, 18 may 1903

*[1] alim həyy – alim diridir

*[2] vəliyyü-xuda – Allahın vəlisi, Əli

*[3] ziruyi-sidqi-səfa – səmimiyyətlə

*[4] qəzavat - qazılıq

*[5] müstəfid - faydalanmış

*[6] ey bül füzul - ey füzulun atası (füzul – uzun danışma)

*[7] rağib – rəğbət göstərən

*[8] cühul - cahil

*[9] hüsul – hasil olma, ələgəlmə

*[10] nüzul – göydən yerə enmə, nazil olma

*[11] Müstəfa – Məhəmməd peyğəmbərin ləqəblərindən biri

*[12] bərməla – aşkar, aydın, göz qarşısında

*[13] iqtifa – arxasınca getmə