Məqalələr

TƏBRİZ VƏKİLLƏRİNİN BAKIDA TƏVƏQQÜFLƏRİ*[1]

Neçə gündür ki, şəhərimiz Təbrizdən İran Məclisi-Millisinə seçilən vükəlayi-məhtərəmlə-məkan olmaqla müzəyyəndir.

Bu vükəlayi-məhtərəmin dərəceyi-məlumat və kamallarına söylədikləri nitq hürriyyətpərvaranədən naşi baxılıyorsa, insanın İran barəsində bəslədiyi bir taqım ehsasi-zişti-binanə bibina olub zail olur. Bizim heyəti-təhririyyədən bir-iki nəfərinin həzarət vükəlalar ilə etdikləri müsahibə əsasında mühərrirlərimiz tərəfindən verilən bir taqım iqtisadi, ictimai və siyasi məsələlərə layiqincə cavab verib sual edənləri cavabi-məlum ilə kifayətləndirmişlər. Hörmətlə vükəlanın tərcümeyi-əhvallarına dair gələn nömrəmizdə inşaallah təfsilən də olmasa, vəchi-ixtisar ilə məlumat vermənizi dəröhdə etməklə bərabər, vükəla cümləsindən olan möhtərəm axund Molla Fəzləli cənablarının Sabunçi məscidində İran fəhlələrinin tərəfindən hazırlanan ictimaidə söylədiyi nitq qeyri-təməndanəyi təxminən dərc ediyoruz.

Axund cənabları bizi səud*[2] edib ərəbi bir xütbə oxuyur ki, xətmində bir ayə də tilavət edib, sonra cəmaəti böylə bir eydi-şərif ilə təbrik ediyor. Bədə*[3] natiq bəliğinə bu qism ilə davam ediyor:

İbtida biz vəkillər gərək çalışaq ki, istibadad və zülm və istibdad fironlarının, zalim və qəddar hakim və amirlərin cəfakaranələrindən qurtararaq özünə bir parça şörək üçün qürbət ixtiyar edib vətəndən uzaq düşən siz biçarələri cahi-əsarətdən qurtarmağa çalışaq. Biz gərək o firon və hamanlıq edənlərə göstərək ki, onlar bu vaxta kimi öz fironluqları ilə gözəl İranı bugünkü tənəzzül və tədəyyünə endiriliblərsə də bundan sonra naili-məram olamazlar.

Keçəndə İranın zəifü-züəfaları*[4], biçarə kəndçiləri əsarətdə olub istibdadi-firon və hamanları cəmaətə müsəllət*[5] olub onların əllərinin rənclərindən mənfəətbərdar olub xəbis, məlun mülkədarlar keyfə baxırdılar.

Bu məşrutiyyət ki, eşidirsiz, bu o məşrutiyyətdir. Üləmayi-həqqə qabağa düşüb boyunlarına qanlı kəfən geyib öz canlarını fəda etdilər, tainki bu əqdi-əzimin sadir olmasına, yəni məşrutiyyət verilməsinə müvəffəq oldular. Tehran vaqieyi-əziməsindən sonra Təbriz vaqiatı aralığa düşüb cümlə Azərbaycanı bir həyəcani-əzim bürüdü. Cəmaət və el təşəbbüsü burada da zühura gəldi. İran millətinin tələbləri müəyyən olmağa başladı. İran milləti-nəcibəsinin istədiyi, onun tələb etdiyi müsavat küll olub, bilafərq millət və məzhəb, arvad, kişi hamısının bərabər hər hüquq və bəixtiyarda bilafərq olmasıdır.

Indi Təbriz şəhəri bizləri küll Azərbaycandan məbus olaraq seçib millət məclisinə göndərirlər ki, orada onların hüquqi-bəşəriyyələrini mühafizə və müdafiə edək. İndi biz də cəmaət yolunda canımızı əlimizə tutub gedirik və hər mümaniə və müqabiləyə müqavimət edib hər bir mühaimət ilə çalışıb vuruşacağız. Siz də müttəhid olub, bizim tərəfimizə durun, ittifaq edin. Müttəhid olun ki, fəqət ittihad və ittifaq ilə oların, müstəbidlərin, zalımların əleyhinə dura bilərsiniz, nuqəti*[6]-ittihad ilə məramə çatarsınız!

“Təkamül”, № 4, 11 yanvar 1907

*[1] təvəqqüfləri - dayanmaları

*[2] səud – xoşbəxt

*[3] bədə - natiq

*[4] züəfa – zəiflər

*[5] müsəllət – hakim, təcavüz edən

*[6] nuqat – nöqtələr, məc.toplanaraq