Məqalələr

BU GÜN

Bü gün rəcəb-ül-mürəccəb ayının 27-sidir. Bu gün bir yövmi-mübarəkdir*[1] ki, aləmi-islamiyyətdə ondan artıq, ondan müqəddəs, ondan əzizraq gün olmasın gərək.

Bu gün aləmi-islamiyyət üçün əziz və giramidir, onun üçün ki, bu gündə əqli-küll*[2] olan nəbiyyi-möhtərəmimizin*[3] yövmi-cülusi*[4] olub, cümlə müsəlmanların zəlam*[5] və heyrət vadisindən xilas olaraq, nuraniyyət və mərifət bağçasına keçdikləri gündür.

Bu gün haman gündür ki, onda, dəryayi-cəhl və vəhşətdə müstəğriq*[6] olan ərəblərə mərhəməti-ilahi nazil olub, tarixi-bəşəriyyətdə şəşəəli*[7] bir səhifə ittixaz etməklərinə səbəb olan Məhəmməd ibn Abdullah əleyhissəlam həzrətləri cümlə insanları vadiyi-cəhalətdən qurtarıb, elm və mərifətə irişdirmək üçün məbus oldu.

Bu yövmi-mübarək haman gündür ki, bunda cəhalət və səfalət ucundan illər müddəti ilə gizlin olub, təcəlli etməkdən məhrum qalan nuri-haqaniyyət cilvələnib, zülmətpərəst olan xəffaş təbilərə*[8] dünyanı daraltdı.

Bu gündən əsasi-islam olan hüquqpərəstlik “lailahəilləllah” cümlə həqiqətkaranəsi ilə işar edilib cəhalət məhz və küfran olan bütpərəstlik fəsxinə hökmü ilahi sadir oldu.

Islamiyyət nöqteyi-nəzərindən bu günün nə qədər heysiyyəti varsa, insaniyyət nöqteyi-nəzərindən də bir o qədər var və bəlkə daha da artıqdır.

Islam dininin vəzi ilə bir çox insanlar təriqi-zəlal və əsəbiyyətdən qurtarıb, rahi-nicat və fəlahə düşdüyünü heç kəs dana bilməz, zənn ediyorum.

Bu gün aləmi-insaniyyətdə öylə bir müəzzəm günlərdəndir ki, onun misli tarixlərdə az-az tapılar, bəlkə də heç tapılmaz.

Başdan-ayağa qərqi-istibdad və cəhalət olub güzəranlarını qətl və qarət ilə keçirdən təəssüb ucundan öz doğma balasını diri-diri yerə basdıran bədəvi ərəblər arasında dini-islam kimi insaniyyətpərvər, ədalət və musavatgöstər, maarif və həqaniyyətamiz bir məslək icad edən nadir vücudun bu gün yövmi-məbusidir*[9], yəni risaləti-insaniyyətkaranəsini təbliğ etməyə başladığı gündür.

Lakin, heyhat! O gündənbaşlanıb, təbliğ edilən o əmr və nəhyi*[10]-müqəddəsini yadımızdan çıxartdığınız kimi, bu yövmi-müqəddəs və müəzzəzi də fəramuş etmişiz!

Adımızı müsəlman qoyuruz, lakin isləmiyyətin nə tarixindən, nə üsulundan, nə füruindən*[11] və nə də mühəssənatından xəbərimiz yoxdur.

Islamiyyət, hürriyyəti – məhz olub, hər bir əsası ictimaiyyət üzrə bina olunduğu bir zamanda, biz istibdadpərəst oluruz. Quran bizə “və şavirhum fi-l-əmri”*[12] buyurduqda, biz üsuli keyfəma yəşaü dalınca gediriz. Cəmi taifələr dinimizin üsullarından olan hürriyyət və ittihadi-beynəlmiləli ararkən, bizlər istibdad və nifaqı axtarıyoruz.

Müsəlmanlar! Bəsdir bu qədər özümüzdən bixəbər qaldığımız! Bəsdir dinimizə olan kəmetinalığımız, dinimizə diyoram – dinimizə, o dinə ki, onun cümlə üsulu və ərkani ictimaoyyət, məhz və məhz ictimaiyyətdir.

Hər bir müsəlman gərək bu gündə tətili-əşğal*[13] edib, istər isləmiyyət, istər insaniyyət namə bayram eləsin!

Bəndə isə “İrşad” qəzti hüyhəti-təhririyyəsi tərəfindən cümlə qareini-kirami bu yövmi-məsud ilə səmimi qəlbdən təbrik edib, xətmi-kəlam ediyoram.

M.Ə.Rəsulzadə
“İrşad”, № 208, 4 sentyabr 1906

*[1] yövmi-mübarək – mübarək üçün

*[2] əqli-küll – bəşəriyyətin ağlı

*[3] nəbiyyi-möhtərəm – hörmətli peyğəmbər

*[4] yövmi-cülus – hərfən: oturma günü; taxta çıxma günü

*[5] zəlam - qaranlıq

*[6] müstəğriq – qərq olan

*[7] şəşəəli - parlaq

*[8] xəffaş təbilər – yarasa təbiətlilər

*[9] yövmi-məbus – vəhy günü

*[10] nəhy – inkar etmə

*[11] füru – şöbələr

*[12] və şavirhum fi-l-əmri – hər iş barəsində onlarla məsləhətləşən

*[13] tətili-əşğal – işi tərk etmək