Məqalələr

“SÜKUNƏT”

Məlum olduğu üzrə Dövlət dumasını, dilşikəstə millətin yeganə ümidgahını qovduqda demiş idilər ki, Duma ifratpərəstlik edib, cəmaəti həyəcan və ğələyanə gətirir*[1]. Bununla da ölkəni “anarxiya” halına salıb həlakətə sövq ediyor...

Əziz vətəni böylə bir öldürücü, dağıdıcı “anarxiyadan” qurtarmaq üçün dövlət kişiləri “gözəl” bir tədbir tapdılar... Cəmaət arasında fitnə və fəsad salan “inqilabçı”, ifratçı Dumanı qovdular. Yeddi aydan sonra yığılmasına qərar verdilər. Həqiqətən vətəni bu yol ilə bürokratlara, cəmaət üstündə müdami olaraq keyfəməyəşa üsulu ilə hökm sürmək arzusunda olanlara sərfə olmayan “anarxiya” hökümətin siyasətiniduyub da, bir qism sükunət ixtiyar etdi. Dumanın “anarxiyası” qurtardı. Bu “intəha” ölkənin halını, məişət və güzəranını dəyişdirdi. Dəyişdirdi də səadətli bir hala salmayıb, Rusiya inqilabının hər bir dövri-təbəddülündə zühur edən təbii yola saldı. Bürokratların anarxiyasına müqabil olan Duma “anarxiya”sı səsi yenə də qabaqkı halətinə qavıçqasız anarxiya surətinə düşdü. Polisə anarxiyası başlandı. Bürokratlar “sükünət”i də izhari-mövcudiyyət göstərdi.hər yanda qırğınlar başlanıb, Rusiyanın üfuqi bigünah qanların rəngi ilə əlvan oldu. Və hənuzda olmaqdadır.

Qavıçqasız anarxiya başlandıqda mərkəzdən ətraf və əknafa imalar*[2] verildi. İmaların verilməsi ilə bərabər qırğımlar, müqatilələr də başlandı.

Anarxiya adı aşkar olaçağın fəaliyyətlə poqromlara giriftar olan odessalı hürriyyətpərəstlər qan ilə əlvan olan Odessa və Qafqaz qiteyi-zülm-didəsi vəhşiyanə bəlalara giriftar oldu. Bigünah qanlar ilə islanmış Qafqaz toprağı yeni qurumağa başlamış idi ki, yenə məsum qanlar ilə əlvan olmağa başladı. Qoloşşapovların dıvranı gəlib, toplar, pulemyotlar guruldayıb, biçarə əhali vahimə altına alındı. Evlər xərabə qalıb, xanimanlar, dudumanlar mündəhim oldu. Şuşa hadiseyi-faciəsi, Qolaşşapovun gördüyü insafsızlıq və vicdansızlıqlar cümlə ərbabi-vicdanı dəhşətli bir hala salıb, külli Qafqaz səfhəsini fitnə və fəsad ruzigari ilə doldurdu. Vəzirlərin diləyi olan “sükünət” zühur etdi. “Anarxiya” rəf olub, anarxiya gəldi...

M.Ə.R-zadə
“İrşad”, № 169, 14 iyul 1906

*[1] ğələyanə gətirmək – cuşa gətirmək

*[2] ima – işarə