Məqalələr

TEHRAN VƏQAYEİ

(müxabiri-məxsusimizdən)

PUL İSTEHSALI

Xəzineyi-dövlət bomboş olduğundan höküməti-cədidənin övzai olmazın dərəcə bir üsrətdədir. Bütün fikirlər pul istehsalının yollarını düşünməkdədir.

Qərar edilmişdir ki, siyahı üzrə zəngin adamlardan hali-halına görə bir qədər pul yığılsın.

Bu qəsd ilə əvvəlinci olunmuş, lakin bir höküməti idarə etmək üçün böylə iqdamat ilə dərdə çarə ediləməz. Işdə başqa tədabir fikrindədirlər. Bəziləri bu fikirdədirlər ki, əsaseyi-səltənətdən olan cəvahirati-giranbəhalardan*[1] bir qədərini satıb pul eləsinlər. Amma bir çoxlar bu fikrin ziddində olub illərdən bəri bir rəsmi-dövləti olaraq saxlanmaqda olan bu əsasiyyələrin füruşunda təxti-tac şahi-cavanbəxtə bir təkdir gördüklərindən narazılıqlarını izhar ediyorlar.

Ümdə pul hasil etmək vasitəsi qərzdən bağqası deyildir.

Fəqət kimdən qərz edilsin? Parlaman açılana kimi borc verməyəcəklər.

Maliyyə komisyonu çalışır parlaman açılana kimi cüzi bir qərz eləsin, amma bu fikrə ingilislər razı olurlarsa da, ruslar tərəddüd göstəriyorlar. Təəccübdür, Məhəmmədəli şah sabiqə haman bu şərt üzrə borc vermək istəyən rusları ətraf protestləri saxladığı bir halda, indi haman iqdami millətlərə nisbət görməkdə tərəddüd ediyorlar.

Və bununla bərabər politikamız dəyişmişdir xəyalındadırlar. Halonki, sözlə deyil, fel ilə iranlılara bildirməlidir politika dəyişmişdir.

Maliyyəni yığmaqdan dəzi bir o qədər şey gözlənmiyor. Zira maliyeyi-məmləkət yığılmış, qurtarmış kimidir. İnqilabçılar yığanı inqilabçılar, hökümət yığanı da hökümət yığıb xərcləmişlər, artıq cəmaətdən maliyyat yığılarsa, bir qoyundan iki dəri soyulmaq kimi olacağından bu qism bir pul istehsalı idareyi-məşrutəni nəzərdən salmaq və etiraz artırmaqdan bir nəticə hasil etməyəcəkdir.

Dər hər surət tamam işləri yoluna salmaq üçün bir istiqraz lazımdır və bu istiqraz nə yol ilə olursa bu yaxın günlərdə icra olunacaqdır.

Hökümət təyinləri

Məmləkətə asayişi-tammə vermək üçün əyalətləri nizam və intizamə qoymaqdan hakimlər təyin olunub göndərilməkdədir.

Və əyalətlərdə qalan vergiləri yığmaq üzrə ki, hər şeydən əvvəl lazım olan pul istehsalına nəzərən vacibdir. Təyinlərdə bir qədər sürət edilir. Bu sürətdənmi, ya nədən isə təyinlər əksərən qeyri-məmul bir surətdə oluyor.

Təyin olunan bir çox hakimlərdən ancaq üç nəfəri vardırlar ki, inqilabi nöqteyi-nəzərindən tazə olub əhrar zümrəsindən hesab oluna bilirlər.

Digərləri isə haman dövri-sabiqdə hökümət ərbabi-istibdadından ibarətdirlər. Məsələn Fars kimi mühüm bir əyalətə Eynüddövlə kimi bir Təbriz mühasiri göndəriliyor.

İşin bu cəhəti əhrari olmazın dərəcə mükəddər və naümid etməkdədir.

Sipəhdar ilə daxiliyyə vəziri əlindən keçməkdə olan bu təyinlər bir çox düşüncələrə səbəb oluyor da hansı mülahizata görə böylə edildiyi heç vəchilə anlaşılmayır. Diyorlar ki, bu da pulsuzluqdandır.

Zira Fars kimi əyalətləri Eynüddövlələr təyin olduqda onlar eyləyə bilərlərmiş ki, ta bir yerdən pul təhsil olunana kimi və kiseyi “fütuvvətlərindən” xərcləsinlər də bədə yığacaqları maliyyatdan və təhsil olunacaq istiqrazdan vəchi müsalihə bitirsinlər.

Filvaqe*[2] əgər şüyu hökmünə keçən bu xəbər doğru olub, vüzarəti-məşrutiyyənin mülahizati vüqufkaranələri bu qəbildən isə o surətdə xeyli təəssüf edilməlidir.

Zira bu üsul ilə dövri-sabiqdə olan qaidə arasında heç bir fərq yoxdur.

Zira onlar höküməti müəyyən bir məbləğə satıyor idilər. Bunlar da vəchi müsalihə*[3] ediyorlar. Nəticə isə haman əvvəlki, zira eynüddövlələr haman özləridir.

Bir təbəddül olmuşsa, o da istibdadı vüqayə etməkdə göstərdikləri şücaətdir.

Ümid edirik cavan hökümət böylə bir xətarnak politikanın uyubatını anlayıb da bir qədər təəmmül edər və hakimlərin haman bir dövrə qacardan təyin edilmək xürafatını özündən rədd edər də doğrudan da hürr və məşrutə bir hökümət kimi cəmaət arasında ittixaz etdiyi vəzi-ictimaisi deyil, ehtiva etdiyi istedadına nəzərən hət bir vəzifəni öz əhlinə verməklə əsas və rişədadına nəzərən hər bir vəzifəni öz əhlinə verməklə əsas və rişəsini bərkişdirər.

Şahi-sabiq

Şahi sabiqin səfarətdə ki həyatı xeyli çətinliklə keçir. Əhvali pərişandır. Bütün günü ev içində olub bayıra çıxmıyor. Günün çox hissəsini xanənişinliklə keçirir. Səfarətin bir kənarında çadır qurub oturmuş olan Əmir Bahadıri-cəng ilə araları kökdür. Bir çox zaman onu yanına çağırıb müsahibə ediyorlar.

Şahi-sabiq ilə oturanlar

Şahi-sabiq ilə bəstə oturan Əmir Bahadıri-cəng, mücəlləl hacı Məhəmməd İsmail və qeyriləri barəsində məclisi-fövqəladə tərəfindən təyin olunan heyət və səfarətlərdən mütəşəkkil iclasın qərarına görə qərar verilmişdir ki, bunlar hamısı mühakiməyə verilib qanun üzrə hər mücazata layiq olsalar barələrində icra olunsun. Şəxsi-şah və ailəsindən başqa cümlə müthəssinin bu sürətlə təht-mühakiməyə alınacaqlardır.

M.Əmin
“Tərəqqi”, № 176, 7 avqust 1909

*[1] giranbəha – baha, qiymətli

*[2] filvaqe – doğrudan, həqiqətən

*[3] müsalihə - sülh, barışıq