Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

TEHRAN FƏTHİ

Tehranın axırıncı inqilabçı böyük bir şiş peyda qılıb çirk tutub, irin bağlayan İran vərəminin operasyonudur. Iranı sevən bir iranlı, vətənin əziz tutan bir şəxs, bir inqilabçı, haman bu operasyon olmazsa İranın daima azarlı, qızdırmalı qaldığını əlaniyə gördüyündən edə bilməzdi ki, böylə bir operasyonu cani-dil ilə istəməsin.

Hərçəndi azarlı bədəndə böyük bir nüfuz qazanmış olan “haziq”*[1] təbiblər əvvəl dəfə “operator”ları iğfal*[2] edə bildilər. Yəni Məhəmmədəli şahı elani-məşrutiyyətə icbar etmələri ilə “operasyonu” “lüzumsuz” buraxsınlar.

Məhəmmədəli şahın iqdamati-nifaqkaranəsi və dövri-bərində olan müstəbidlərdən ayrılmaq istəməməsini görüncə ayıldılar, axırıncı dəfə bildilər ki, operasyon olunmayınca bu vərəm müalicə-pəzir olmayacaqdır.

Bu operasyon nədən ibarət idi? Tehranın alınması, şahın və şah ilə bərabər şöhrəti-seyyiahatları*[3] ilə məşhur olanların təbidi*[4] millət tərəfindən elani-məşrutiyyət olunması idi.

Operasyon başlandı:

Hürriyyət Tehran darvazalarını aldılar. Istibdadın yeganə ümidgahı olan kazak briqadası təslim olundu. Sirri*[5] bir ərzihalında dediyi kimi “quldurlar yuvası olan məclis”i dağıtmağa şahı təhrik edən rus polkovniki qospodin Lyaxov dəxi zəlil oldu.

Bu əzəməti eşidən səltənətabadçı axır nəfəs şahın zilləti bir ləhzə mülahizə edilsin.

Yığışıb Zərkəndəyə-rus səfarətinə qaçmaq istəyir. əmir Bahadır qoymuyor. Hələ silahxurilər rəşidanə surətdə dava ediyorlar. Ümidimiz intiha bulmamışdır – deyə onu saxlayırlar.

Təxtindən endirilməkdə olan tacdarlara məxsus və məfhum*[6] bir haləti-fəciədə Məhəmmədəli şah Qaradağ sipəhsalarının*[7] axırıncı məsləhətinə də qulaq asıyor.

Bəlkə nəqşə*[8] döndü!

Heyhat, dağ aşağı hərəkət verilən bir daşı artıq saxlamaq olurmu?

Silahxurilər də basıldı, olmazın surətdə müxtəl*[9] və pərişan oldular – deyə xəbəri-dəhşət əsəri Səltənətabada gətirirlər!..

əşyasını, ailəsini fərarə hazırlamış olan şah artıq davam edəməz.

Zərkəndəyə! – deyə çıxar. Bu dəfə dəxi qabağını saxlamaq istəyən Əmir Bahadır isə bero, pədərsüxtə - digərəm veyl kon*[10] – deyə tapanca ilə təhdid edər.

Şah qaçır! Qabağını kim saxlaya bilər?

İradeyi-şahı qaçmağa müncər olmuşdur, varsın, olsun, fəəqət təxt-tacını əldən qoysun.

Təxt və tac nədir? Adam bu halda bir pənahgah axtarır ki, özünün və ağlar gözlüailəsinin canını təmin etsin!

Varsın, Zərkəndədə otursun!

Varmış, orada oturmuş. Özü ilə bərabər Əmir Bahadır cəng, Hacı Məhəmməd İsmayıl Məğazzadə və bir neçə digərlərini də aparmışdır!

İştə hal-hazırda Zərgəndə də rus səfarətinin bami*[11] iki dövlətin beydağı (rus və ingilis) çırpınır da sabiq İran tacdarı olan Məhəmmədəli Mirzənin canını himayət edirlər.

Xəli*[12]-şahi elan edilir, əvəzinə isə Əhməd şah cavanbəxtin millət tərəfindən sahibi-təxt və taci-İran olduğu rəsmi icraat ilə bütün aləmə bildirilib kabineyi-vüzəra təşkil və əmniyyəti-şəhər hasil edilir.

Böylə bir hali-siyasi isə Əhməd şahı qəbul etməklə bütün düvəli müəzzəmə*[13] tərəfindən təqdir edilir.

Lakin bu tamam bir operasyondurmu?

Lyaxov, haman darrüşşuarayi-milli, o amali-yeganeyi-millini bombarda edən Lyaxov qalır, şahpərəsti və istibdad dostu ilə bəslənmiş və tərbiyələnmiş briqada kazakları haman avtanomi halları ilə qalıyor, Lyzxovun əlini tanıyorlar. Top, topxanə, qurxanə, tüfəng və pulyemotları – hamısı əllərində olub vəz və hallarında bir təğyir yoxdur. Cüzi bir intriqa qalxarsa o vaxt nə tərəfində olacaqları az bir mülahizə ilə bəlli olur, zənnindəyim!...

Məclisi dağıdan Lyzxov dəxi indi duruyor, məşrutiyyət polkovniki ünvanı ilə məşrutə briqadasına rəyasət ediyor.

Fəqət məşrutiyyət ilə istibdad idarəsi arasında Lyaxov halətinin təfavütü olmuşdur ki, bu adam o vaxt vəziri-cəngə tabe olmuyub müstəqillən iş görürdü.

Amma indi vəziri-cəngə, yəni Sipəhdara tabedir. Fəqət tabeiyyət onun əllərində olan məsum qanlarını yuyurmu? Fəqət bu hal onun dəsti-xüninindən həlakətə gedən mücahidini-milləti geri qaytarırmı?

Məgər bu tabeiyyət təmin ediyormu ki, bu adam bir daha xəyanət edəməz? Sonra bu “tabeiyyət” onu məmur olduğu politikeyi-məlumi icradan saxlıyormu? Bu məsələ mühümdür. Bəs Eynüddövlə nə tövr olur ki, müqərrəbi*[14]-dərbari kəsilərdə hökümətin bir çox məsalehində*[15] oluyor, heyəti-vüzəra məclisində oluyor?

Bu haman Eynüddövlə deyilmi ki, Təbrizdən dünən qayıtdı?

Bu haman Eynüddövlə deyilmi ki, Təbriz əhrarını mühasirə edib aylarla qəhrəmanların başlarına od yağdırır idi.

Bu haman Eynüddövlə deyilmi ki, onun ölüm xəbəri çıxanda həmin indi Tehranı təsxir etmiş olan gilanlılar Rəştdə çırağan ediyordular?

Bu adamın elədiyi xəyanətləri İranın xırda uşaqları da bilir.

Bainhəmə*[16] müqərrəb oluyor, hökümət almaq fikrinə düşüyor. Yxşıdır onu Təbriz hakimi təyin eləsinlər. O vaxt inqilab tamamilə əmələ gələr.

İndi hər kəs məşrutəpərrəstlik susinə girmiş ifadeyi-hüriyyət satıyor. Bazar rəvacdır, fürsətdən istifadə ediyor.

Indi əhval böylə bir surət almışdır; məşrutəpərəst haradan başlayıb, müstəbid nərədə qurtardığı məlum deyildir. Hamısı biri-birinə qarışıb məzhəb itmişdir.

Məhəmmədəli şah xəl olunmuş, amma Məhəmmədəli şahı saxlayan qüvai-ictimaiyyə təsfiyyə olunmamışdır. İstibdad sınmış, amma ona təravət verməkdə olan qabığı üzülməmişdir.

Məşrutə verilmiş, amma onu mühafizə etmək üçün lazım məvadd hənuz qüvvətlənməmişdir.

Şəhərdə olan qüvai-hərbiyyə hamısı müsəlləhdir. Lehində və əleyhində olanlar hamısı müsəlləhdirlər.

Amma bu fərqlə ki, məşrutə əleyhinə güllə atanlar bir dərəcə orqanizasyonlu, baş bir yerdədir.

Kazak briqadası kimi ki, bütün-bütünə haman Lyzxovun əlindədir, silahxurilər dəxi təxliyeyi*[17]-silah etməmişlər. Lakin onların silahları alınmaq üzrədir.

Məşrutənin püştpənahi haman bəxtiyarili və başqa fədai mücahidləridir ki, müsəlləhdir, bunlarda həmişəliklə tüfəng altında qalammazlar.

Bir az sonra hərə dağılıb öz işinə gedəcək, hürriyyətini kəsb etdikdə maaşını qazanmağa varacaqdır.

Iştə bu cəhətləri nəzərə alaraq vüzərati-cəng gərək fövqəladə bir fəaliyyətdə buluna idi.

Lakin məəttəəssüf*[18] dövlətin ən dəyərli və lazımlı qolu olan bu vüzərat bir dərəcəyə kimi öz vəzifəsini kəmalincə ifa etmək istedadından bəzi səbəblərə görə məhrumdur.

Bu əsbab*[19] məhv edilməlidir. Burasını dəvairi*[20]-inqilab da hiss etməkdədirlər.

əvət, indiki halda düzəldilməyən nəvaqisi-əsasi sonra artıq müşkülat ilə düzələ bilər. Madam ki, operasyondur, tamamilə operasyon yapmalıdır, yoxsa bir az irin buraxmaqla yaranı qapamaq azarlını ya həlak etmək və ya tazə bir operasyonlar yapdırmağa məcbur etmək kimidir.

Buraxmalıdır ki, bütün irin-çirk axsın, vərəm tamamilə təmizlənsin, tainki bədəndə qalmış olan əsarət artıq səmm*[21] bağlaya bilməsin. Səmm bağlarsa, tazədən vərəmlər yaradacağına şəkk və şübhə yoxdur.

Iştə lyaxovlar, eynüddövlələr, nürüddövlələr və başqa bir çoxları haman naqissizcəsinə edilən operasyondan azarlı bədəndə qalmış olan irin çirkdir ki, təmizlənməlidir, yaranın ağzı başlanmamış ikən məlhəm qoymalıdır. Yoxsa tazədən cərraha ehtiyac olacaqdır.

Operasyonların naqis olduğunu zatən inqilabçılar özləri də iqrar ediyorlar. Onlar diyorlar ki, azarlarını bundan artıq neştər vurmağa dəvamı yoxdur. Ona görə də artıq neştər vurmayıb məlhəm ilə yaranı sağaltmalı, yəni İran kompromisni işə verməlidir, güzəşkar olmalıdır.

Operasyonu uzatmağa inqilabçıları nə qorxuduyormuş, hansı cəhət varmış ki, azarlı artıq neştər vurmağa davam etmiyormuş?

Bu xüsusidə bir neçələri ilə görüşüb söhbət etdim. Aldığım mülahizələr iştə bu: Tehranda artıq qan vurmaq üsulu icra olunmuş olsaydı lazım gəliyor 3 gün əvəzinəazı bir 7 gün atışma və müqatilə olunaydı. Bu üç gündə gündəki kimi hökümət qoşunları müxtəlif bəhanələr ilə qətl və qarət başlamışlardı. əgər dava uzanıb haləti-hərbi uzansa idi, o halda qarətlərin qabağını saxlamaq müşkül olacaq və Qəzvindəki rus qoşunları dəxi təbəələrini mühafizə etmək ünvanı ilə Tehrana daxil olacaqlar idi.

Iştə bu hal inqilabçıları vadar etmişdir ki, hiddət və şiddətlərini azaldıb güzəştkarlıqla işi qurtarıb şəhərin əmniyyətini təmin etsinlər. Bu bəyan inqilabçıların ifratpərəst qismini hərgiz iqna etmiyor. Onlar güman ediyorlar ki, hər halda bu hal Lyaxov və eynüddövlələrdən təmkin etmək dərəcə bir güzəşti-eybavəri icab etmiyor və etməz idi.

Tehran
M.Əmin
“Tərəqqi”, № 163, 22 iyul 1909

*[1] haziq – mahir, dərin məlumatlı

*[2] iğfal - aldatma

*[3] seyyiahat – pis əməllər

*[4] təbid – sürgün etmə

*[5] sirri - gizli

*[6] məfhum – məna, düşüncə

*[7] sipəhsalar – qoşun başçısı, sərkərdə

*[8] nəqşə - plan, xəritə

*[9] müxtəl – pozğun, pozulmuş

*[10] rədd ol dədəsi yanmış, məndən əl çək!

*[11] bam - dam

*[12] xəl – mənsəbdən kənar etmə

*[13] müəzzəm – böyük, əhəmiyyətli

*[14] müqərrəb – yaxın qüvvələr

*[15] məsaleh – fayda, xeyr

*[16] bainhəmə - bununla belə

*[17] təxliyə - boşaltma, boşaldılma

*[18] məəttəəssüf – təəssüf olsun

*[19] əsbab – səbəblər

*[20] dəvair – dairələr

*[21] səmm – zəhər, ağı