Məqalələr

QİRAƏTXANƏLƏRİMİZƏ DAİR

Bir neçə vaxt bundan müqəddəm “qiraətxanələrimiz yoxdur” – deyə şikayət edirdik. “Hər bir qəzetə və jurnalı kasıb adam üçün alıb oxumaq mümkün deyil, buna görə qiraətxanə lazımdır” – deyil, buna görə qiraətxanə lazımdır” – deyə qəzetlər vasitəsilə dad və fəryad edir idiz. Nəhayət, bəxt üzümüzə güldü. Qiraətxanə bir deyil, ikisi açıldı və bununla dəxi şikayətə getdikcə yer qalmadı. Qəzetə valehləri, jurnallar aşiqləri məhbublarına çatdılar.

Indi isə qiraətxanalərimiz başlamışdır: “oxucu yoxdur” – deyə şikayət ediyorlar. Bu vaxta kimi cəmaət “qiraətxanə yoxdur” – deyə şaki idi, indi isə “cəmaət yoxdur” – deyə qəraətxanələr şikayətə başlamışdır. Vaxtilə cəmaətin şikayəti həqq olduğu kimi – indi qiraətxanələrin rəncidəliyi dəxi yerindədir.

Vaxtında “Qiraətxanə” ünvanlı məqaləmdə hazırdakı qiraətxanələrimizin əhvalını və yaşadıqları dövrün şəraitini on bir il bundan müqəddəm olan qiraətxənaya nisbatan müqayisə edib demiş idiz ki, “... Qiraətxanələrimizin özlərinə məxsus bir mötədil hava içində olmalarını görüb də davamlarına artıq inanırız”. Yahu! Yoxsa səhv etmişiz?! Səhv deyil də pis nədir? Şəhər bağının rubərusində vaqe həmiyyətli cavanlarımız tərəfindən idarəedilən qiraətxanənin müdiri xeyli şikayət edib kəmali-təəssüf ilə “hərgah belə getsə qiraətxanəni bağlamağa məcburuz” – deyə ah sərdilə mənə izhari-dərd elədi.

“Bağlamağa məcburuz” – deyəndə nəfəsindən, bilməm mənə elə göründü, yoxsa həqiqət idi – bir istilik röyətimə dəydi ki, hərgah dala çəkilməsə idim ehtimal surətimi qarsalıya idi.

Heyhat, heyhat! İllər ilə arzulayıb 80 min müsəlman əhalisi olan bir şəhərdə iki ufacıq islam qiraətxanəsi icadına müvəffəq olduq, onu da görünür saxlaya bilməyəcəyiz.

Cəmaət. Hümmət edəlim! Qeyrət edəlim! Ürəfalarımız qiraətxanə açdılar, biz də pişvazlarına çıxalım! Maddən yardım etməklə davamlarına bais olalım! Və qeyri xeyir işlərə iqdam etməklərinə kömək edəlim.

M.Ə.R-zadə
“İrşad”, № 84, 7 aprel 1906