Məqalələr

İRAN MƏKTUBLARI

TƏBRİZDƏN

Səttarxan, Bağırxan nə üçün bəstə getdilər

Keçən məktubumuzda Maku atlıları ilə olan müqatilə vaxtı  və qeyri yolda ittifaq düşən davalardan naşi Culfa-Təbriz şose yolu zərərdidə olduğunu və bu zərərin konsulxana vasitəsi ilə istənildiyini xəbər vermişdik.

Yol idarəsinin israrı və rus konsulunun haman israr təhtində elədiyi iqdamata görə gərək bu zərərlərin müqabilində Səttarxanın mənqul və qeyri-mənqul əmlakı siyahı olub, tövqif edilə idi. Və surəti-siyahi dəxi konsulxanaya verilə idi ki, bu cəhət iləridə onu ancaq dəvayi-irqini təmin edə biləydi.

Nəyə görə konsulxana ümumə və hökümətə race olan bir məsələdə Səttarxanın şəxsini məsul tutsun. Burası bir qədər şübhəyə bais olmuyormu? Səttarxan, Bağırxan və qeyriləri artıq dərəcə şübhəyə salıb, onlardan səlbi-əmniyyət edən illət haman ümdəsi bu cəhət olmuşdur. İstiqlali-vətəni həlakətdə və pişvayani-milləti “xətərdə” hesab edərək, Osmanlı konsulxanasına mütəhəssin Türkiyə məclisi-məbusanəsinə ariz olub himayə istəmiş və öz can və mallarına əmniyyət hasil etmək üzrə Osmanlı baydaği-məşrutəsi altına sığınmışlardır.

Qaideyi-beynəlmilələ müvafiq olaraq, Osmanlı konsulxanası mütəhəssinlərə himayət edir. İran höküməti və rus konsulxanasına yazdığı rəsmi bir məktubda ixtar etmişdir ki, Səttarxan, Bağırxan və qeyri-şəxslərə məxsus əmlaki-mənqulə və qeyri-mənqulə təhti-təmində olduğu kimi bu adamların canları da Osmanlı baydağının himayətindədir.

Bunlara aid hər bir hesab və mütalibat varsa, gərək müstəqimən Osmanlı konsulxanasına gəlsin də konsulxana vasitəsilə həll olsun.

Rus konsulxanası tərəfindən bu ixtarnaməyə cavabən yazılan kağızda deyilir ki, “biz Osmanlı konsulxanasında mütəhəssin olanları iranlı təbəəsi tanıdığımızdan vəqti-lüzumunda onlara nisbət əlaqəmizi iranlı təbəəsi nöqteyi-nəzərindən icra edəcəyiz”.

Məlumdur ki, bu kağız aşkara rəsmi surətdə demirsə də, zəbani-hal ilə andırmaq istəyir ki, Osmanlı konsulxanasında ki icra olunan bəsti guya qəbul etmiyormuş.

Bu cavab Osmanlı nümayəndəsi tərəfindən nə yollu tələqqi edilib, iş nə surətlə xitampəzir olacağını gözləməlidir. Hər halda bu cəhət layiqi-əhəmiyyətdir. Zira Səttarxanın mütəhəssin olmasına da əmdən* illət budur.

Ruslar nə vaxt çıxacaqlar!

İştə məsələ ki, bütün əqilləri işğal ediyor. Hələ bu fikribir mühüm hesab edib, bilmərrə çıxmayacaqlar fikrində olanlar da vardır. Lakin böylə bir fikirdə olanlar az deyildir. Qayət ziştbin olan ifratpərəstlər və ürəkdən rusların qalmasını sevən bəzi adamlardırlar. Etidali-dəm ilə məsələləri tədqiq edib və İranın səadətini, istiqlaliyyətini ifratda və təfriqətdə deyil, etidal və miyanərövluqda görənlər firqəsi yəqin etmişlər ki, ruslar İranda olmayacaqlar, çıxacaqlar. Lakin bunları təşvişə salan məsələ nə vəqt və nə surətlə çıxacaqlar məsələsidir.

Qoşunun verdiyi vədə və elədiyi şərtə baxılırsa, yaxın bir zamanda çıxmalıdırlar. Zira, rus ordusu Azərbaycanda asayişi-sabiqə övdət edincə qalmalıdır. Hala ki, asayiş-bərdəvamdır. Öylə bərdəvamdır ki, bəzi iranlılar qayətdə fəhimanə dedikləri kimi Rusiyanın özündən daha artıq bərqərardır.

Amma qoşun rəyasətinin ətvar, əhval və hissiyyatlarına və elədikləri iqdamata baxılırsa heç köçəri adama oxşamıyorlar. Sükunətə, iqamətə hazırlanan kimi görünüyorlar. Acı çayının kənarında soldatları islah üçün kazarmalar hazırlıyorlar ki, tez ikən getmək fikrində olan bir qoşunun təlaşına bənzəməz. Haman bu kazarma məsələsi şəhrə bir küy salmışdı ki, ruslar bizim səngərlərimizi uçururlar. Amma özləri odur çayın qırağında şəhərə qarşı sərgərbəndlik ediyorlar.

Ingilislər niyə dinmiyorlar?

Ingilislər Azərbaycan məsələsində rusların müdaxilələrinə kəmali-müvafiqət göstərib, hətta bir dərəcə təşviq edir kimi cilvələnirlər.

Bu cilvələr ingilis konsulunun “heyf ediyoram ki, bizim hökümət Azərbaycana səhl baxır” təbiri kimi politikalara pərdə çəkilərsə, dinmədiklərini ki, gizlədə bilməzlər. Bu xüsusda müxbirinizin bildiyi və bir dərəcə məhəllində təhqiq edib istinbat etdiyi bir vəchi-atidir:

Məlumdur ki, bütün bu davalar İranı bir bazar qayırıb tıhti-hüfuza almaq üstündədir.

Bədbəxtxanə bizim üsuli-idarəmizin təbiətindən naşi nüfuz qazanmağı cəngi vasitə və qamçı, kötəklə vasitəsi ilə anlıyorlar.

Hökümətimiz o yolda hərəkət ediyor.

Azərbaycan məlum rus nüfuzu altındadır. İngilislər burada bir o qədər dövran etməzlər. Onların hissəsi İranın cınub tərəfidir. Şimalda dəxi bir tövr eləməlidir ki, bazar ələ keçsin. Bundan ötrü də rusları Azərbaycana daxil edib, onların hərəkatına hüquqşikənlik ruhu verdirib, bu surətlə xalqın nifrətlərini artırıb, nəticə olaraq, malüt-ticarələrinə qarşı dəxi bir ədavət törətməyə öz mətain yeritməkdir.

Ruslar buçarə və naəlac qalmış və vətən, məşrutə, hüquq, mal kimi şeyləri öylə hissiyati düşünməyən kəndistan və əvam əhaliyə öz vürudi ilə sakitlik verdiyindən nüfuzi-tammə qazandı. Və bu nüfuz sayəsində bazari-iqtisadda rəqabət edə biləcəymiş. Halon ki, malüt-ticarəni işə verən tüccar qismidir ki, məşrutənin ən dərrakəli tərəfdarani bunlardırlar. Bunlar isə haman üç yüz kazak ilə əmələ gələ biləcək bir iş üçün 3 min kazak soldat töpküb, bəzi hərəkətlərdə bulunmadan təşvişə düşmüşlər. Və ruslar xüsusunda bəzi fikirlərə düşmüşlər ki, bunu əlayinə dəxi bildirmək üzrə bəstə girib, fəryadlarını Osmanlı məclisi-məbusaninə kimi ucaldırlar.

Ingilislər isə hələ dayanırlar ki, narazılıq bir az da çoxalsın. Ruslar bir az da bərkitsinlər, tainki, hal-hazırda müşahidə olunan baykoti-xəfi rəsmi bir surət alsında, rus kursu bilmərrə batıb getsin və bütün dostluqları haman mənafeyi-tüccariyyədən ibarət olan ingilislər də öz etilaflarının səməreyi-mənzurələrini görsünlər.

Işin batini qismi böylə ikən, əməli cəhəti dəxi özünü göstərməkdədir.

Hacı Zeynalabdin Tağıyev fabrikasının nümayəndəsi yanıma gəlib, gözünün qorasını sıxar dərəcədə şikayət ediyor, aman evimiz yıxıldı – diyordu.

Iranlılar nə isə rus malına baxmıyorlar. İngilislərdən alıyorlar. Arşınına 3 qəpik keçirəmsə də alan yoxdur.

Təbriz tüccarları içində Moskva fabrikalarına borclu olanları təxmin etsəniz borc 3 milron manata baliğ. Onların bir çoxu bu borcları vermək xəyalində olmayıb, ingilis firmalarına rücu etmək istiyorlar.

Bir neçə nəfər rus tacirləri və rus firmalarının nümayəndələri ilə görüşdüyüm vəqt iləri də rus malüt-ticarəsinə qarşı bir boykot çıxmaq ehtimalından qorxduqlarını bəyan ediyorlar.

Hərgah bizim üsullu dinlomatlarımız buna nail olarlarsa, o vaxt ingilislərin dimmədiklərinin səbəbi daha aşkar olar.

M.Əmin
“Tərəqqi”, № 117, 29 may 1909

* əmdən – qəsdən, açıqcasına