Məqalələr

QİRAƏTXANƏ

Hörmətli qarelərimiz, keçən nəmrələrimizdə Bakı xəbərləri qismində tazə bir qiraətxanə açılmasını qiraət buyurdular.

Qərinələrlə zülm və cəbhə tabe olan millət axır bir cüzi olsa da hüriyyətə, sərbəstliyə nail oldu. Yəni illər ilə arzusunda olub dəfaət ilə ərizələr verib, pullar xərc edib bir belə mədəniyyət vasitəsi olan qiraətxanə iftitahına nail olmuyordular.

Hörmətli qarelər! Yuxarıda zikr etdiyimi nəzərə alaraqxəyal edə bilərsiniz ki, Badkubə qiraətxanə üzü görmüyüb əvvəlinci dəfə olaraq “Nicat” qiraətxaneyi-islamiyyəsini görmüşdür. Yox, əzizim qare, belə güman etsək nəməkbəharamlıq etmiş oluruz.

11 il bundan millətimiz uğrunda şayani-təhsini-təşəbbüsdə bulunan ədəbiyyat xadimi Nərimanbəy Nərimanov Rusiya istibdadının qüvvətli bir dövründə sərfi-məsai* edərək bir qiraətxanə güşadına izn alıb hər bir tərəfdə nəşr olunan islam qəzetlərini havi bir qiraətxanə açmışdı. Lakin millət bağçasında yeni açmış buqızılgül millətimizə ariz olan xəzan vasitəsi ilə tez soluxub bağlanması güşadinə müqabil olaraq millət dostların yaralı ürəyini xəraş etdi. Qiraətxanənin bağlanmasına səbəb nə oldu?

Buna səbəb bizim cahələtimiz, bətalətimiz, mdəniyyətsizliyimiz, daha doğrusu hümmətsizliyimiz oldu.

Vaxtilə maarifimiz üfüqündə bu gün görükdü, lakin sərnigün edib 11 il təmam, qürub etdi. İndi isə zəmanə iqtizasi olaraq yenə tülüə başlamışdı.

Mətləbimizi bir az açıq deyəlim, sözü başıörtülü deməyib məqsədimizi faş edəlim. Iyirminci qərinə çatdı. Cümlə millətlər tərəqqiyə üz çüvirdilər. Istibdad və zülmün inhidaminə qəsd etdilər. Mədəniyyət yolları açıldı. Aralıqda tərəqqiy. Sədd çəkən bəzi mümaniat götürüldü. Hamısı götürülmədisə də bir cüzi rəf edildi. Məsələn: qəzetlərdən senzur götürüldü isə də iki həftə zərfində mətbüat moqutə nəşrinə izn almaq mümkün oldusa da amma qəzetlərin iki ya üç nəmrəsi çıxandan sonra bağlanması dəxi təcrübəyə mindi...

Bu münasibətlə islam qəzetləri dəxi bollandı, çox şəhərlərdə birər qəzetə, jurnal nəşrinə iqdam edildi. Qəzetlərin artması oxuğuların artmasına dəlil olmazmı? Oxucularımız varsa qəzetə müştaqları bol isə bir “oxu” yeri, qiraətxanə açılması təbii olmazmı? Odur ki, şəhərimizin hümmətli və qeyrətli cavanlarından bir firqəsi hümmət və qeyrət kəmərini bağlayıb Bakıda “Nicat” adında bir qiraətxanə açdılar. Əvf buyurunuz, əfəndilərim! Şəhərimizdə yalnız bir “Nicat” deyil, bir də “qiraətxaneyi-ümumi” – deyə oxu yerimiz vardır ki, həmiyyətli mütəəllimlərimiz tərəfindən idarə edilir.

Bu tövzihatdan sonra demək istiyoram ki, 11 il bundan müqəddəm zikr etdiyimiz qiraətxanədir ki, indi bir az da olsa da hürriyyət, həmiyyət və himmət ünsürlərindən mürəkkəb bir hava tapıb yenidən aləmə arzi-didar eyliyor.

Ey mədəniyyətli, həmiyyətli əhli-maarif yoldaşlarım! Sizdən xahiş budur ki, bu tövr mədəniyyət asari olan təşəbbüsatda qayımdurunuz, millətimizə rəhbər sizsiniz – rəhbərlik vəzifəsini ifayə hazırlaşınız! Hər dürlü-ümuri-xeyriyyəyə iqdam edib millətə xidmətdən usanmayınız.

Ey nicatlı qardaşlarımız! Bu xeyir işə iqdam ediniz də sabit qədəm olunuz! Zəmanənin hər bir təərrüzatına sədd olaraq hümmət və qeyrət ilə çalışınız. Var olunuz! Sağ olunuz qardaşlar!

Ürəfalarımıza millətimizi tapşırdız. İndi isə cəmaətimizə ricu edib diyoruz: Ey cəmaət, ey millət, ürəfalarla birləşməlisiniz, onlar bir xeyir işə iqdam edərlərsə, siz də onlara maddən yardım etməlisiniz! Hər kəs təkliyində hər dürlü qəzetələrin hamısını alıb oxumağa, hər qism kitabları pul verib mütaliəyə qüdrəti olamaz. Amma qiraətxanə vasitəsilə iki qəpikdən keçərək nə qədri oxumalı olsa mümkündür.

Həmin bu “Nicat”ın 11 il bundan müqəddəm şükufələnərək soluxmasına səbəb həmanən, cəmaətimizin bihümmətliliyi olmadımı?!

Bəli, 11 il bundan müqəddəm Nərimanbəyin zəhməti hədər getmədi isə də, inliki qiraətxanələrin o günə düşməsinə hərgiz inanmıyoruz. Zira ki, o bir bahar gülü idi ki, “akvarium” vasitəsilə qışda göyərilmişdi. Ona binaən də mötədil hava tapmayıb saqit olmuşdu. Amma “Nicat” və “qiraətxaneyi-ümumi”lər isə özlərinə məxsus bir mötədil hava içində olmalarını görüb də davamlarına artıq inanırız.

Yaşasın maarif!
Var olsun əhli-maarıf!

M.Ə.R-zadə
“İrşad”, № 67, 14 mart 1906

* məsai – çalişma, səy