Məqalələr

İRAN MƏKTUBLARI

MAZANDARAN VAQİƏSİNİN TƏFSİLATI

Mazandarandan fərar edənlərdən bir neçəsi ilə burada görüşdüm, söhbət etdim. Üç nəfərdən ibarət olan müsahiblərimin hər üçü də gilək*[1] idilər. Bunların hər biri vəqənin bir qismini rəyül eyn müşahidə etmiş və hətta şərikikar olduqlarından nəqli-hekayələri nəhayət dərəcədə mürəttəb və münəzzəm idi. Bu söhbətlərdən istinbat*[2] olduğu vəchlə Panovun Məşhədsərə vürudi və orada elədiyi iqdamatı bir vəchiati olmuşdur: Rəbiələvvəlin ikisində sübh saət səkkizdə paraxod Məşədsərə vürud ediyor. Paraxoddan 13 nəfər müsəlləh mücahidlər Panovun sərgərdəliyi ilə kənara çıxıb şəhərə varid oluyor. Və “zindəbad məşrutə” – deyə-deyə telegrafxanaya tərəf gediyor, simləri paraliyorlar. Bədən gömrükxananı zəbt ediyor, rəisi dəstigir ediyor, ondan zeyldə olan varidatı verməsini rəisülmücahidin Panov əmr edir. Gömrük rəisi isə zeyldə olan 14000 tümən məbləği təqdim edərək deyir ki, aybaşı olduğundan müstəxdiminə*[3] məvacib verilməlidir. O halda Panovun nəzarəti ilə bütün qulluqçulara məvacib verdikdən sonra baqi qalan 12000 tümənə rəis cənablarına bir qəbzi-rəsid verir. Və gömrükxanada olan üç qəbzə vərəndil tüfəngi dəxi zəbt edib gömrükxanadan çıxırlar. Əncümən təşkil edir və bu söhbətləri nəql edən Məhəmmədhəsən nami əza içindən birisini təyin edir. Bədən orada olan dövlətməndlərdən Seyid Zəbihüllah adında bir nəfərdən 450 tümən və başqa bir yerdən dəxi 407 tümən zəbt edir. Və Barfüruşda olan müstəbidi-məşhur Şeyx Kəbirin raportçusu Mirzə Əbülqasimi raport yazdığı halda tutub öldürürlər.

Bir surəti-mahiranə ilə bu qədər işləri saət ikiyə kimi görüb, saət ikidə Barfüruşa rəvanə olmuş və Məşhədsər əhalisindən müsahiblərimdən Məşədi Məhəmmədi özlərinə bələd götürüb, Barfüruşa getmişlər.

Barfüruşa*[4] daxil olduqlarında dəxi bilamühaba “zindəbadi-məşrutə” – deyərək Dərxanəyə tərəf hücum etmişlər. Bir dəstə şahzadənin evində səngər edib bir nəfər bələd ilə bərabər teleqrafxanaya tərəf yönəlmiş və yolda rast gələn rus agentini mücahid öldürmək istəmişsə də bələd məlum etmişdir ki, bu rus agentidir, o halda mücahid üzr istəyib teleqrafxanaya girmiş və müvafiq dəstürüləməl teleqraf simin paralayıb.

Şahzadə evində səngər etmiş olan mücahidin Şeyx Kəbirin mirzələrindən bir nəfərin evini bomba ilə dağıdıb yandırmış və şəhərdə olan kazaklar ilə atışmağa başlamışlardır.

Bu halda Panov qolundan bir yara almışdır. Bədən məlum olmuş ki, Sarı tərəfindən buraya kilidli İran kazakları gəlməkdədirlər ki, mücahidlərin iddəsi bunlara müqabilə etməyə müsaidə etməz. O cəhətdən yarısı Barfüruşü qoyub Məşhədsərə qayıtmış və oradan bir başqa kərəcəyə minib üç nəfərlikdə iddə tamamları ilə Bəndərcəzə tərəf rəvan olmuş və əlarəvayətə ki, rəvayətayə səhihdir, Bəndərcəzə çıxmış və Astarabaddan məlum olduğu üzrə orada çoxdan bəri əncümən təşkil olunub, orduyi-milli amadədir, bunların pişvazında atlı gəlib kəmali-ehtiram ilə onları şəhərə varid etmişlərdir.

Panov Məşhədsərdən geri çəkiləndən sonra buraya üçüncü müsahibim Kərbəlayi Əlinin rəvayətinə nəzərən 70 nəfər kazak gəlmişdir.

Onların dediyinə görə bir qədər hökümət qüvvəsi mövcuddur. Amma Astarabadda dəxi istedadi-milliyyə qədər kafi mövcuddur. Orada olmayan bir şey var idisə, bu da ələzzahir Panov kimi müqtədir bir cəngi imiş. Nə qədər onu da gözləmədikləri bir surətlə hazır etmişdir.

Buradaki mazandaranşünasların fikrincə, hərgah Panov Astarabad atlı başçılarını müttəhid edə bilib, öz idarəsi altına almağa müvəffəq olar isə böyük müvəffəqiyyətlərə nail ola bilər.

Mazandaran nöqtəsi xeyli mühüm nöqtələrdən biridir. Tehran hər bir tərəfdən əhatə olunmuş və ancaq şaha qaçmaq üçün bir Mazandaran yolu qalmış idi ki, onu da Panovla bu gün ya sabah bütün-bütünə işğal edəcəyinə söz yoxdur.

Astara vaqiatı

Heyran gədiyində dava başlandığını teleqraf ilə xəbər vermişdim. Dava millət tərəfinə nafe olaraq qurtardı. Rəşidül-mülk oraya cəmlədiyi quldurlar sandılar. 30 nəfər yaralı, 9 nəfər məqtul, 2 nəfər əsir buraxaraq, qaçmağa məcbur oldular. Millətçilərin əlinə bir çox silah keçdi. Bu səngərin vəziyyəti təbiidir. Bir tərəf meşə, bir tərəf çaydır ki, dərin gədikdən axıyor. Buradan keçmək və yol aparmaq üçün bir taxta körpü vardır ki, onu da millətçilər geri çəkildiklərində yandırmış və düşməni məəttəl qoyub, böylə bir isrətdə sındırmışlardır. Zatən Gilan xudadisəngərlər tərəfdən xeyli xoşbəxtdir. Tehran yolunun səngərlərini görənlərin dediyinə görə haman Qarabağın Əsgərani kimi keçilməz, ötülməz sıldırım dağlardan ibarətdir ki, buralara qabaqcadan bələdiyyət yetirib gizlənmiş olan 50 nəfər qoçaq mücahid min nəfərə cavab verə bilər. Ərdəbildən Astaraya gələn yol dəxi Heyrandan bağqası deyildir. Meşə içindən gələrsə, qabaqcadan meşədə səngər etmiş mücahid atasına od vurar. Çayı ötüb o tərəfə keçə bilməz. Zira rus kazakları güllələr ki, siz sərhəddi ötdünüz. Naçar qalıb Heyrandakı kimi bəlalara düçar olarlar. Heyran fəthi Rəştdən getmiş olan bir fövc mücahidin dəstəbazlıqları ilə əmələ gəlmişdir.

Tehranın vəzi

Üç gün irəliki posta ilə gələn bir məktubda deyilir ki, 30 gündür Tehranda tətili-ümumidir. Bütün dükan-bazar bağlıdır. Heç hərəkət və həyat yoxdur. Xalq hamısı heyrət və nigaranlıq ilə biri-birilərinin üzlərinə baxıb, bilmiyorlar ki, nə etsinlər. 10 min nəfərə kimi Şahəbdüləzimdə və Osmanlı-İngilis səfarətlərində mütəhəssin olanlar artıq bir heyrətlə gözləməkdədirlər ki, görəsən havaxt babi-fəth açılacaq və Tehran böylə bir əzabi-ələmdən qurtaracaqdır. Panovun adı Tehranda böyük qorxu salmışdır. Neçə vaxt bundan irəli Lordşir adlı bir ingilis rəiyyətini Panovdur – deyə həbs etdikləri məlumdur. Bu dəfə dəxi bir nəfər firəngi həbs etmuşlər. Sonra məlum olub ki, Panov deyil, buraxmışlar. Lyaxov şəxsən bu xüsusda etizar istəmişdir. Əfkari-ümumi bütün fikirdədir ki, şah məşrutəni vermək xəyalindədir. Amma ruslar qoymurlar. Səriri-səltənət dövrəsində olanların halı da ki, aşkardır. “Rus qoymayır” barəsində İran əfkari-ümumiyyəsi ciddən inanmışdır. Bu əqidədən naşıdır ki, İran əvami qəlbində ruslara qarçı bir nifrət hasil oluyor. O saf, dərun, sadiqli rus cəmaətinin abrusi bir ovuc bürokratların həvavü-həvəsinə qurban edilir, gediyor.

Sabiq məclisi-milli sədri olub, bədən maliyyə vəziri olan Səniüddövlə və Müxbirülmülk və Sadiq Həzrət gecə ilən özlərini ingilis səfarətinə salmışlar. Bunlar əgər o gecə səfarətə getməsə imişlər, Şahəbdüzəlimdə öldürülən İftixarülüləma kimi onlar da öldürüləcəymişlər. Və bilümum sabiq məclis vəkillərindən Tehranda olanların öldürmək qəsdindədirlər. Şeyx Fəzlüllahın evində 16 gecə-gündüz üləma və ərbabi-hökümətdən cəm olub, iclas edib müzakirə etmiş və axirdə böylə nəticəyə gəlmişlər ki, bütün İranda 500 nəfərdən artıq məşrutəçi yoxumuş. Bu qədər inqilablara səbəb olan bu 500 nəfər dərdəst*[5] edilib qılıncdan keçirillərsə, bütün məmləkət bu kafərlərin iğvasından rahət olub, məzhəbdə səlamət qalacaqdır. Bu qissələri icra etmək üzrə bir siyahı tərtib vermişlər ki, o siyahı bu 500 nəfərin 200-ü müəssis, 300-ü isə səf qaraltısıdırlar. İki yüz müəssisdən də 50 nəfəri xaricdə, 50 nəfəri Tehranda olub, 100 nəfəri də İranın ayrı şəhərlərinə qismət olunmuşdur. Onların xəyallarınca fövqüzzzikr 200 nəfər müəssislər tərk edilərdə məşrutə bilmərrə götürülər. Bu siyahıya görə Tehranda olan 50 nəfər xəfiyyələrin donosu üzərinə Məxafürülmülk tutulub, xeyli əziyyət veriliyor. Tutulanlardan bəzisi kazakxanəyə, bəxisi nəzmiyyəyə, bəziləri də Bağışaha aparılır. Və bir qədər izafəca bədində rüşvət alıb, məşrutəçilikdən dönmələrinə iltizam alaraq, buraxırlar. Beibarəti-uxra*[6], quldurluq ediyorlar. Burasına diqqət verməlidir. Əvvəla, məşrutəçilər 500 nəfərdir. Onlardan da 200 nəfəri müəssisdir. O da belə müəssis ki, məşrutəçiliyi tullamağa iltizam veriyor. Amma Şeyx Fəzlüllahın fikri bunların heç biri məşrutəçi deyil. Bu gün bütün-bütünə qiyamda olan İran və iraniyan arasında deyil 500, deyil 200, ancaq 20 nəfər məşrutəçi varmış, istər xaricdə, istərsə daxildə bu 20 nəfərdən savayı başqa şuluq salan yoxdur. Məmləkəti babilik bəlasından və inqirazi-həlakətdən hər kəs qurtarmaq və əmaməli jandarmları rahət buraxmaq istəyirsə, 20 nəfər şəriri tutmalı, öldürməli, yandırmalıdır. Haman bu fitvayi-şeytaniyyənin nəticəsi olmuşdur ki, Mirzə Müstafa İftixarülüləma 3 nəfər yoldaşları ilə bərabər Şahəbdüzəlimdə mütəhəssin olduqları halda öldürülmüşlərdir. Məlum olunmuşdur ki, qatillər Topxana fəqərsindəki cinayətləri ilə məşhur olan Hüseyn Abdin Kamal kor və Nəqibin oğlu Səni Həzrət olmuşlardır ki, şah və şeyxin əmr və təsviyyələrinə müvafiq icrayi-fəsad eyləmişlərdir.

Rəştin övzai

Komitet tərəfindən nəşr olunan bir elannamədə Sipəhdarın ümurati-mülki və kişvəridə hökmdari-küll olduğu əhaliyə elan edilmişdir. Hökmdarın bütün işləri məcrayi-səhih üzrə olmaq üçün məşrutəçilərin məhəlli etrimadları olan bir neçə şəxsdən ibarət bir kabinə təşkil edilmişdir ki, Sipəhdar gördüyü işlərdə onlarla məsləhət ediyor. Naibülhökümə mənsəbinə Sərdar Müməttid təyin olunmuşdur. Ümuri-maliyyəni tənzimə salmaq üçün bir xəzineyi-dövlətin və idareyi-maliyyə təşkil olunub, dəfatir üsuli-cədid dəftərdari üzrə aparılır. Maliyyə-rəyasətliyinə dəftərdarlıq elmində məharət göstərmiş və dəftərdarlıq üsulunu farscaya tərcümə və tətbiq etmiş olan və Tehran dəftərxanalarında məşrutiyyət dövründə bir dərəcə xidmət etmiş Mir İsmayıl Abdullazadə cənabları təyin olunmuşlardır.

Idareyi-nəzmiyyə dəxi qaidə üzrə təhti-tərtibə alınmış və məşrutiyyət yolunda var-yoxundan çıxmış və məclisi-darüşşurayi-milli vəqəəsindən sonra Tağızadə cənabları ilə bərabər xariciyə qaçmış mühacirindən Sədiqi Hərəm cənabları təyin olunmuş və bu neçə gündə etdikləri xidməti-mücahidanələri ilə izhari-istimdad etmişlərdi.

Bir-iki gün iləri bir dəstə mücahidin həbsxanaya gedib, orada asari-ətiqeyi-istibdad olan zəncir və gündə, çub və fələqqə nə ki, varsa, aparıb tələf etmişlər.

Talış dolab və Karganərruddan 60 nəfər mücahidin Seyid Əşrəfin rəyasəti təhtində olaraq, Rəştə varid oldular. Əhali bunları istiqbal etdilər.

Qeyri yerlərdən gələn bəzi “mücahidlər” burada bəzi müşkülatə səbəb oluyorlar. Bunlar mücahidliyi qoçubazlıqdan fərq etməyərək, artıq əziyyətlər veriyor. Və Səmədxan tacirbaşı kimi müftinlərin ziyafətlərinə oyunda bəzi hərəkati-naşayistədə*[7] bulunurlar.

Əlarəvayət komitə tərəfindən bu xüsusda iqdamat mücəddanə olunmuşdur.

Tehrandan rus hökümətinə ixtar edilmişdir ki, Gilandan verilən teleqrafları müstəqimən qəbul eləməsinlər ki, labüddən Tehran vəsiləsi ilə müxabirə etməyə məcbur olsunlar. Məlumdur ki, hökümət bu qərardarı ilə müxabiratdan bir şey anlamaq istiyor.

Tehrandan tazə xəbərlər

Məktubumu qurtarırdım ki, Tehrandan gələn məktübü aldım. Məlum oldu ki, pəncşənbə günü yenə də vüzəra başqa ricaldan ibarət bir məclis təşkil verilmiş, proqram oxunmağa şüru edilmişdir. Üləma və sadatdan*[8] bəziləri proqramı axıra kimi dinləməyib və bu surətlə məclisi bərhəm vurmuşlar və proqramı dəxi oxumamışlar.

“Tərəqqi”, № 64, 26 mart 1909

*[1] gilək – Gilanda yaşayan tayfa adı

*[2] istinbat – nəticə, xülasə

*[3] müstəxdimin - qulluqçular

*[4] Barfüruş – Gilanda yer adıdır

*[5] dərdəst olmaq - tutulmaq

*[6] beibarəti-uxra – başqa sözlə

*[7] naşayistə - nalayiq, yaramaz

*[8] sadat – seyidlər