Məqalələr

İRAN MƏKTUBLARI

RƏŞTDƏN

Bu günlərdə burada bir neçə dəfə qara fikirlər büruzə vürilməkdədir. Rus kazaklarının vürudini mütəaqib burada bəzi fikirlər nəşr olunuyor. İrəlicə söz gəziyordu ki, güya burada irticaiyyunları istəyirlərmiş ki, rus konsulxanasına hücum eləsinlər, tainki əsbabi-müdaxilə mühəyya olsun.

Lakin məzəli burasıdır ki, bu xəbər konsulxana mənabeindən nəşət ediyordu. Rus konsulxanası məmurlarından birisi bir nəfərə məhrəmanə demişdir ki, kazakların buraya vürudi ondan ötrüdür ki, irticaiyyunların inqilabi bərhəm vurmaq qəsdi ilə konsulxanaya hücum etmək qəsdində imişlər. Bundan xəbər tutmuş konsulxana guya kazakları bərayi-ehtiyat istəmişdir. Layiqi-təvəccöh burasıdır ki, bu qism xəbərlər haman bu məntiq üzərə tərəqqi etməkdə və şaiyatı artırmaqdadır. Bir nəfər Qafqazdan gəlmiş cani nə tövr isə özünü mücahid sifətinə salmağa müvəffəq olmuşdur. Nobel firmasının müdirinə və kontorun bəzi əməllərinə sui-qəsd hazırlayırmış ki, bunun fikri-səqimi sezilib filhal komisiyoni-cəng tərəfindən həbs olunub, təhti-istintaqa verilmiş və onilə məslək olanlardan bir neçəsi dəxi tovqif olunmuşdur. Bundan başqa bir çox iştibahamiz xəbərlər qəsdən nəşr olunur ki, əfkari-ümumini iğfal etsin. Məsələn, bu günlərdə xəbər buraxmışlardı ki, guya rus bankı rəisinə adsız bir məktub yazıb, ondan pul tələb etmişlər. Və halonki, bunun heç əsli belə yoxdur. Bu tövr qara fikirlərin kim tərəfindən nəşr olunduğu hamısını düşündürməkdədir. Lakin bu düşüncələrin nəticeyi-məntiqiyyəsini rus kazaklarını nümayişkaranə rus postasını aparıb-gətirmələri bir dərəcəyədək təyin ediyorsa da sabiqdəki əmali-şüniə və əfkari-fitnəkəranəsi ilə bütün qareini-kiramimizə məlum olan Səmədxan tacirbaşı dəxi əfkari-ümumiyyani narahat etməkdədir. Bu adam Qafqazdan buraya qaçmış olan caniləri, qoçuları başına yışıb da qonaqlıqlar veriyor və cürbəcür qara səylərdə bulunur. Nobel müdirinin işi barəsində həbsə alınmış olan Əbdülhəsəni-mərqumun dəxi əlarəvayət buna mənsubiyyəti, yəni bunun dairəsinə mədxəliyyəti vardır.

Hər nə isə, Səmədxan tacirbaşılıqdan başqa digər bir “baş” qazanmaq istəyir. Ümuri-xeyriyyəyə keçmiş sayəsində müstəid olmadığından naümid olmayır. “Əbrarbaşı*[1] müşkül isə əşrarbaşı*[2] pıalarm” – deyir. Bir dərəcəyədək bu şöhrətə müvəffəq də oluyor.

Məhərrəmin 17-sində, Rəştin fəth olunan gününün sabahı bir-iki ədəd tüfəngdən ötəri, bu adam hazırmış ki, böyük bir qovğa çıxardıb, başında olan əşrarı iğva etsin, şuriş salsın. Hərgah bunun müqabilində Rəmixan Xəlilov və Əliş bəy Əliyev cənabları olmasa imiş, böyük bir fəsad çıxaracaymış. O vaxt damağı yanmış olan bu müfsid daima fikri səinimi icra etmək xəyalındadır ki, indi də bu qism əlaltı cinayətləri əskiltməyir.

Lakin bu adam nahaq yerə bu qədər səy ediyor. Çünki nə o, nə onu, nə sən və nə səni təhrik edib “araba ilə dovşan tutmaq” istəyənlər məqsudlarına çata bilmiyorlar.

Qafqazlılar Məhəmməd xan əfsadatı əleyhində elədikləri iqdamatı-lazimədən necə ki, bu vaxtadək təkamül etməyiblər, bundan sonra belə qəflət etməyəcəklərinə müsəmməm olmuşlar.

Kirkan və dəlillər

Bu gün əlli nəfərə kimi səvarə talışın Kirkan rudindən buraya gəldilər. Yerli mücahidin tərəfindən bunlar kəmali-ehtiram ilə istiqbal olundular. Bunların sərkərdəsi Seyid Əşrəf həzrətləridir.

Sipəhdarın hərəkəti

Bu günlər Qəzvin səfərinə kəmali-ciddiyyətlə hazırlanmaqdadır. Komisyonu-cəngdə tədarükati-lazimə icra olunur. Bir üç gün sonra Sipəhdar cəmiyyəti-kafiyyə ilə Qəzvin tərəfə hərəkət edəcəkdir.

Tərtibati-şəhriyyə

Şəhərlərin tərtibati-nəzmiyyəsi uğrunda lazımeyi-mücahidat olunmaqdadır. Ədliyyə-nəzmiyyə idarələri qaidə üzrə tənzim və islah olunmaqdadır.

Novruza kimi maliyyat köhnə hökümət tərəfindən alınmış idi. Yenidən tazə ilin maliyyatını yığmaq və bilümum mədaxil və məxarici məzbut surətdə saxlamaq üçün tazə üsul ilə bir idareyi-maliyyə təşkil olunmuşdur.

Şəhərin nizami iki qismə bölünmüşdür. Bir qismi mücahidlərə dairdir ki, bunların qanunsuzluq edənlərinin mücəzatı komisyonu cang ilədir. Bu günlərdə bir mücahid nədən ötrü isə başqa bir nəfər öz həmkəndlisini öldürmüş idi. Fövri tutulub mücəzat olundu. əhalinin nəzarəti isə nəzmiyyə idarəsinə mühəvvəldir ki, bu idarə 80 nəfər fərraşdan, 8 nəfər məhəllə rəisi (kəndxuda) və bir nəfər bazarnikdən, 2 nəfər müavini, bir nəfər də rəisi-küllidən ibarətdir. Rəisi-külli mənsəbinə mücahidin, mühacirin arasında etibar və etimad sahibi olan Sədiqihərəm cənabları təyin olunmuşdur.

Ətraf xəbərləri

Təbrizdən gələn xəbərlər təsginamizdir. Ərdəbildən layiqi-təqdir xəbər alınmaqdadır. Guya şahsevənlər arasında fikri-məşrutiyyət rtmaqda və özünə tərəfdar tapmçaqdadır. Qəzvindən xəbər verirlər ki, orada mücahid firqəsinin sirri komitəsi təşkil olunmuşdur.

Astarayi-İranda Hüseynəli xanın atlılarına kömək olmaq üzrə buradan top, bomba və adam göndərilmişdir. Orada dəxi mücahid firqəsinin şöbəsi təşkil olunmuş və işləməkdədir.

Təfrihi-ümumi

Məhərrəmin 26-sından müqatilədə dövlətyan kütləsi ilə şəhid olan student Paşaxan öz bombası ilə həlak olan gürcü Mexonun ailələrinə bir ianə yığmaq qəsdi ilə burada bir teatr verdilər. Teatrda rusca və türkcə oyunlar keçdi. Türkcə Soltan Məcid Qənizadənin, “Dursunəli və Ballıbadı”sı oynandı. Məclis yaxşı keçdi. Bu qism şeylər burada tazədir, əvvəlidir. Hazirin kamalınca var idi. Teatr dolu idi. Yığılan vücudat mövqeyi-lüzuminə göndərildi.

Rəşt
M.Ə.
“Tərəqqi”, № 59, 20 mart 1909

*[1] əbrar – doğruçu, nəcib adamlar

*[2] əşrar – şər adamlar