Məqalələr

GECƏ DƏRSLƏRİNDƏN TƏƏSSÜRATIM

Keçən gün “Nicat” cəmiyyətinin açmış olduğu gecə dərslərinə getmiş idim.

Dərslərində bulundum.

Müəllimlərdə olan həvəs, iqtidar, səy fərəhimi artırdı. İbraz etdirdikləri hümmət mövcibi-şükranım oldu.

Bir ayın ərzində türkcədə bir kəlmə bilməyən bisavadlar, indi rəvan-rəvan oxuyub gediyor, yazıyorlar. Ruscadan 16 hərf keçmiş və keçdiklərini tam qanmışlardır. Hesabdan əmali-ərbəədən üçüncüsü olan zərb də edilir. Bu əvvəlinci sinifdir.

Ikinci sinif türkcədən oxuyub yazır. Sərf və nəhv məlumati-ibtidaiyyə alıyor. Hesabdan ədadi-müşbəeyə dair məsələlər həll ediyorlar. Ruscada oxuyub yazıyorlar. Lisanın qəvaidindən məlumati-əvəlliyyə alıyorlar.

Üçüncü sinif türkcə dərsində coğrafiyadan, təbiətdən və qeyri ümumi nafiədən parça-parça məlumat alıyorlar. Bu məlumat onları olduqca maraqlandırır. Rusca gözəl diktant yazıyor, hesabdan ədadi-müşbəeyi-mürəkkəbə dair dairəsində hər qism məsələləri həll ediyorlar.

Xülasə, müəllimlərin səyi qulaq asanları öyrətməkdə ibraz etdikləri diqqətləri layiqi-təhsindir. İnsana gözəl bir əsər bəxş ediyor.

Amma... boş qalmaqda olan skamya mənzərəsini korlayır, insanı naümid ediyor. Hərgah bu boş qalmış olan yerlər tutulaydı, şagirdlər lazımınca olaydı, ondan müəllimlərin hümməti neçə qat artardı.

Müstəme sahib o xənra bər səre karavərd*[1].

Dərslərin heyəti-müəlliminin dediyindən anlaşılıyor ki, məhərrəmlikdən iləri samiin*[2] indikindən – çox imiş. Güman ediyorlar ki, gələn sənə dəxi çox olsun.

Əmin olmalıdır, bu əmniyyətlə bərabər bir az da bizim ərbabi-hümmət və qeyrətimiz çalışmalıdır. Bir aydan yuxarıdır bu dərslər açılmış, fəqət bir nəfər maarifdost tapılmamış ki, buraya gəlib dərslərin övzaindən maraqlansın, görsün ki, burada nə ediyorlar, nə öyrədiyorlar, işlər necə gediyor. Burası mövridi-təəssüfdür!...

Müəllimlər istiyorlar ki, bundan belə həftədə bir dəfə bütün dərsə gələnlər üçün müxəlif elmlərdən və bəhslərdən ümumi leksiyalar oxusunlar. Bu fikir xeyli gözəldir, layiqi-təhsin və təqdirdir.

Millətini sevən ərbabi-həmiyyətdən bu gözəl binaya maddən və mənən yardım etməklə dəvamına səbəb olmaları rica olunur.

Böylə bir dərslərin verə biləcək mənfəətlərini ayrı-ayrı saymaq nəzərimizcə bicardır...

Günəşin nur saçdığını kim bilmiyor?

M.Əmin
“Tərəqqi”, № 24, 1 fevral 1909

*[1] Dinləyən danışanı həvəsləndirər.

*[2] samiin – dinləyicilər