Məqalələr

İRAN İŞLƏRİNƏ DAİR

BƏXTİYAR ELİ NƏ POLİTİKA TUTUYOR?!

İran hökümətinin aşıb-daşıb üstünə gəlməkdə olan selinqabağına çıxartmaq üçün necə ki, məlumdur, lüzumi qədərində nizamlı, qaidəli qoşunu yoxdur. Məhəmmədəli şahın və qeyri hökümət başında duranların böyük ümidləri Bəxtiyar elinə idi. Bəxtiyar elini işə salmaq, onları məşrutəçilərin əksinə durğuzmaq, inqilabçılara yağı etmək Tehran yəğmagərləri amalının müntəhası*[1] idi.

Hökümət kişiləri ümidlərini bəxtiyarilərə tikdikləri kimi, məşrutəçiləri dəxi bəxtiyarilərin hansı tərəfə meyl edəcəkləri düşündürürdü.

Bəxtiyar kimi rəşid və cürətli elatı düşmən surətində görmək canlarını fədayi-hürriyyət edən, allah yolunun mücahidlərini qorxutmazsa da, o qism bir tayfanı öz səflərində görməyi qəlbən arzu edir. Burası nəhayətdə təbiidir.

Bu surətlə İranda cinbazlıq meydanında müqabilə edən hər iki qüvvət Bəxtiyar elinin nə politika tutacağına artıq əhəmiyyət veriyorlar. Mətbuati-iraniyyə, yəni məmaliki əcnəbidə nəşr olunan İran qəzetələri (daxilədə isə sayeyi-zülmət, vayeyi Məhəmmədəlidə qəzet çıxmıyor) bu məsələ barəsində artıq gözətçidirlər. Bir neçə vaxt bundan əqdəm bir nəfər Bəxtiyar sərgərdəsinin şahın əmrinə baxmayaraq, Təbriz üstünə getməkdən cavab eləməsi vəchindən o zatın xanlıq ilə oldir tədbirləməsin qəzetəmizlə xəbər vermişdik. Bu kimi digər xəbərlərin üstəliyi olaraq “Həblülmətin” qəzetəsi bəxtiyarilərin nə hərəkətdə olacaqlarını bəyan edən bir təfsilat dərc ediyor. Bu təfsilatdan anlaşıldığı üzrə bəxtiyarilərdən olan Sərdari-Əsəd və qardaşı Sərdari-Hikmət Parisdən çağrılmış Əmirtumanlıq ləğəbi nəvid*[2] verilmiş və bir çox qeyri vədlər edilməkdə bərabər sərih*[3] söz vermişlər ki, Azərbaycanı fəth edəndən sonra İsfəhan da onlara veriləcəkdir. Səhih xəbərlərvardır ki, Sərdar belə bir tarixi biarlığı*[4] qəbul etməyib, rədd etmişdir. İş belə bir surət aldıqda, dövlətlərin başları gicəllənib, başqa Bəxtiyar rəislərinə müraciət etmişlərsə də onlardan da onlara təsliyət*[5] və ümid verəcək bir söz ala bilməmişlər.

Bu axır günlərdə bəxtiyarilərdə məhrəmanə*[6] bir iclas olub, bu iclasda Bəxtiyar ağsaqqalları Azərbəycan üstünə getmək barəsində şahdan olan təklifi müzakirə etmişlər.

O əncüməndə “Həblülmətin” idarəsinə qüvveyi-təhrir və sehri-bəyan ilə məlum olan bir natiq müfəssəl bir nitq söyləmiş və xitabeyi-münsifanəsində bir cümlə demişdir ki, “həzərat, bu gün biz qayət çətin bir məqamə düçar olmuşuq, bir çox diqqəti-təfəkkür ilə bu məqamdan özümüzü xilas etməliyik. Bir ayrı sözlə işə tədbir və əql üzrə feysəl*[7] verməliyik. Tainki, axırda nədamət*[8] və peşimançılığımıza səbəb olmasın. Biz gərək özümüzün nami-tariximizi mülahizə edək ki, gələcəkdə xalqdan xəcalət olub, bədnamlıqla şöhrət tapmayaq. Öz növümüzün adını zail etməyək. Bu da elə ola bilər ki, sizə olunan təklifi ətraflıca mülahizə və müzakirə edək.

Yaxşı olar ki, biz bilək hökümət bizdən nə istəyir, dövlət təklifinə ki, bizim canımızı fəda edəcəyimizin nami nədir? Və zərər hansıdır?

1) Dövlət istiyor ki, biz sinəmizi ona gələn bəlalara qalxan edək, məhz bir şəxsin, həvayi-nəfsaniyyəsi, şöhrətranlığı və keyfi istədiyi üçün “qət qılaq və təyyi-mənazil” edib də Azərbaycan tərəfə hərəkət edib, öz islam qardaşlarımızın qabağında duraq. Halbuki, onların istədiyi millət və vətən haqqıdır ki, onun xeyri və mənafei bizim hamımıza gələcəkdir. Bəli, dövlət istəyir ki, biz gedək bizim mənfəətimizə çalışan qardaşlarımızı öldürək.

2) Bizdən ötəri mənfəəti nədir? Nəfi-şahön və bəzi dərbarilərin xoşnudluğu ilə bizim bəzi böyüklərimizə sərhəng, srətib, əmirtuman, əmirnöyan və bir neçə qırmızı, yaşıl, həmayil medal, nişan və əgər tərəqqi eləyə bir neçə tümən də ənam verilib və bir-iki nəfər rüəsalarımıza*[9] məhəlli-hökümət veriləcəkdir. Bu bizim axırıncı dərəcə mənfəətlərimizdən olacaqdır. Halon ki, saydığımızdan olsun ki, daha əskik olsun.

Zərəri isə - bu zərər həm növi, həm şəxsi, həm dini və həm dünyəvidir. Növə zərərdir, zira o dərəcədə bir tarixi bədnamlıqdır. O vaxtadək İran səadətinə xidmət edə-edə gəlməkdə olan bəxtiyarilər indi bədnamlıqla səfahəti-tarixə yazılacaqlar.

Şəxsən zərərdir, çünki, bu vaxtadək məlum olmuçdur ki, millət, hüquqdan ötrü çalışan o qəyur*[10] taifəyə baxan olmuyor. Allah özü onlara müindir*[11]. Hər halda bizim şikəst olmamıza ehtimal çoxdur.

Dünya zərəridir. Ondan ötrü ki, müctəhidini-Nəcəfi-Əşrəf hüccacülislama təqlid olduğumuz halda, onların fitvalarına qulaq asmamaqla dindən xaric olmuş olarıq.

Dünyaca zərərdir, bu cəhətə ki, əgər millət qələbə etsə, iş məlum. Bərfərz*[12] biz Təbrizə gedib, qələbə etsək, bu qövmi-layüfli-hunun*[13] Qacardan nə gözləyəcəyik. Məgər bizim keçmiş rəislərimizdən böyük adamlar qacarlara xidmət etdikləri halda, düçari-qəza olmadılarmı? (burada bir çox cəzalanmış məşahiri*[14] bəxtiyarilərdən sayır). Bu mülahizələrin bədində dövləti-məşrutənin faydalarını sayıb o hali-idarədə bəxtiyarilərin mənfəəti olduğunu andırıb, bu sözlərlə xətmi-kəlam ediyor.

“Hala bu bəyanatdan istimaat*[15] edə bilərsiniz ki, biz gərək hansı tərəfdə olaq, məşrutədəmi? İstibdaddamı? Aya biz gərək məşrutəçilər ilə davaya gedək, yain ki, müstəbidlərlə?”.

Bunu xəbər verən müxbir məclisin qətnaməsini xəbər veriyor. İş nə ilə qurtardığı naməlum qalıyor. Fəqət əfkari-ümumi buna qane edir ki, bəxtiyarilər məşrutəyə kömək etməsələr də qarşı da durmayacaqlar.

İşdə bu da məşrutədən ötrü bir qüvvə daha!...

M.Ə.
“Tərəqqi”, № 12, 15 yanvar 1909

*[1] müntəha – son, axır

*[2] nəvid – vədə

*[3] sərih – açıq, aydın

*[4] biar – arı olmayan, abırsız

*[5] təsliyət – təsəlli vermə

*[6] məhrəmanə - maxfi, gizli

*[7] feysəl – qərar, hökm

*[8] nədamət - peşimançılıq

*[9] rüəsa – rəislər

*[10] qəyur – qeyrət çəkən

*[11] müin – kömək, arxa

*[12] bərfərz – fərz edək ki

*[13] layüflihun – nicat tapmayanlar

*[14] məşahir – məşhurlar

*[15] istima – dinləmə, eşitmə