Məqalələr

QARA PUL

Ey olan hökmü rəban, hakimə hörmət, qara pul!
Vey qılan piri cavan, bikəsə izzət, qara pul!
Sən deyilsənmi açan cənnəti-əla qapısın?!
Sən deyilsənmi verən naridə*[1] zəhmət, qara pul?!
Sən deyilsənmi olan bəzinə lənət səbəbi?!
Etdirən bəzinə görunda da rəhmət, qara pul!
Sən deyilsənmi məgər baniyü-beytül-fahiş?!
Sən deyilsənmi verən qatilə cürət, qara pul!
Sən deyilsənmi tutan acizi-misgin əlini?!
Yoxluğundur o fəqirə qəmu-nükbət, qara pul!
Heyf səndən qara pul, kim cühəla*[2] yoldaşısan.
Üqəlalar hamı sənsiz çəkü zillət, qara pul!
Mən pul olsaydım əgər səy qılardım ki, müdam
Üqəlalarla qılım ülfətü söhbət*[3], qara pul!
Səhvsən əhli-kəmal ilə olubsan düşmən,
Fani dünyayə baxıb bir elə ibrət, qara pul!
Olsan ər əhli-həmiyyətlə müvafiq, həmrah,
Səndən asar qalar elm ilə hikmət, qara pul!
Vər gedib əhli-şəqavətlə müvafiq olasan,
Qalacaqdır əsərin eyni-məzəllət, qara pul!
Raziya*[4], bəsdi məzəmmət elədin qara pulu!
Ürəfalən kəsib..., etməz dəxi ülfət qara pul.

M.Ə.R-zadə
“İrşad”, № 48, 16 fevral 1906

*[1] naridə - cəhənnəmdə

*[2] cühəla – cahillər

*[3] söhbət - dostluq

*[4] Razi – M.Ə.Rəsulzadənin təxəllüslərindən biri – Ş.H.