Məqalələr

HARDA QALDILAR?

İranın əhvalı bir ayrı surət aldı.

Təbriz indiki fəthindən sonra səngərlərini möhkəmləndirməkdə və səflərini düzəltməkdə, sursat hazırlamaqda bir an qəflət etmiyor...

Ətrafi-cəvanib və həvalidən İranın qeyri inqilabçı əyalətlərindən müttəsil köməkdir ki, Səttarxana gəliyor!..

Hələ Qafqazdan axıb gələn köməyin təbrizlilərə nə dərəcədə bir müsaidət verdiklərindən danışmaq istəmiyoruz.

Bu köməklərə üstəlik olaraq bir də Nəcəfül Əşrəf müctəhidin giraminin müqəddəs və ruhanilərə layiq olan fitvalarını əlavə edək ki, bu fitvalar hər bir top, tüfəng və bovmadan daha müdhiş, daha qorxuludur. Bir icbariyyəti-fövqəladə ilə Təbriz üstünə göndərilən Lyaxov tərbiyəkərdələri olan İran kazakları yoldan özlərini qaçırdıb görün nə diyorlar:

“Müctəhidlər” onların tüfənginə xeyir-dua vermişlər, Nəcəfdən onlara ismi-əzəm duası göndərilibdir. Ora bir gərur*[1] da qoşun göndərilsə geri qayıtmaz!”.

Təbriz bu sayaq ilə hazırlaşmada və üzərinə gəlməkdə olan hücumları gözləməkdədir!..

O biri tərəfdən şah öz büğz*[2] və kinindən əl çəkmək istəmiyor. Axırıncı pənahgahı olan Lyaxov tərbiyəkərdələrini Təbriz üstünə göndərib onlara da məcsi-bidin-babiləri” kimi ədəb əmr veriyor və diyor ki, “axırıncı ümidimiz sizədir. Siz gərək öz rəşadətiniz sayəsində olaraq təxt və tacımı qabaq ki, rövnəq və təntənəsilə bərdəvam edəsiniz!..”

Briqada kazakları nə yola, tövr ilə düşüb necə bir həvəslə Tehrandan çıxıb, nə səmimiyyəti ilə Təbrizə azim olduqlarını bilmək istəyənlər dünənki nömrəmizdə “İrana dair” qismində “Təbrizə səfər” ünvanı altında “Novaya rus”dan tərcümə elədiyimiz məqaləni oxusun, görsün necə ki, bir şeyin, necə bir təhqiri-nəzər və məyusiyyət təsiri altında olaraq kazaklar yola düşmüşlərdir. Tamaşa etsinlər ki, bütün kazaklar xəcalətdən başlarını yuxarı qozaya bilməyirlərmiş. əlbəttə, cəmaətin qəzəbi səttarxanlıların məharəti biyar ilə davaya göndərilənləri böylə hala salmayıb bəs nə olacaqdır?

Hər bir hal ilə olsa da bir azdan sonra Təbriz başında tazə qovğa açılacağı şübhədən xalidir. Hərgah bu dəfə də Səttarxan qalib gəldi, hərgah məscidi və məclisi dağıtmaqda, mücahidini-millət vükəlayi-cəmaəti talan və qətl etməkdə şöhrət qazanan lyaxovlular da təbrizlilərlə bacarmadılar, o halda şah dəxi həyatından göz çəksin, təxtindən, hökmündən, diriliyindən, hər bir şeydən əl çəksin!

Lyaxovlular bu surətlə Təbrizə getməkdədirlər. Onlar ilə bərabər pulemyot, neçə batareya top və bir çox patronlar da aparılıbdır. Hökümət əmirliyindən savayı böyük bir mülkədar olub öz əmlakını mühafizəyə məcbur olan Eynüddövlə nə qədər qorxaq olsa da böylə bir hücumu gördükdə yenə də qələbə tanahına düşüb intiqam qəsdinə gələcək və rəhimxanlıları, bəxtiyarları və bu kimi həşəratı dübarədən başına yığacaqdır. Bu xüsusda teleqraf və xüsusi xəbərlər dəxi məlumat verməkdədirlər.

Hər iki qüvvə böyüyür, heybətlənir. İrəlidə bu iki qüvvə biri-birinə tiqqoşub vəxim*[3] bir iştial*[4] əmələ gətirəcəkdir!..

İranın əhvalı daireyi-Təbrizdə bu sürətlə idarələnərkən başqa diplomatiya xəbərləri dəxi dövran etməkdədir. Osmanlı guya Azərbaycanı istila edəcəkmiş. Bu cəhətdən Rusiyanın İngiltərə ilə elədiyi müahidəsinə görə Osmanlının diş qıcadığı yerlər Rusiyanın təhti-nüfuz və himayəsində olunduğundan naşi, Rusiya bu qəsdə mümaniət edəcək və aralarında müsadimə olacaq və İranın daxili işlərinə müdaxilə ediləcək kimi müştəbeh xəbərlər dağılıb, qəzetlərdə görünür ki, bu cəhət İran işlərinə bir daha çətinlik verir, bir daha məsələni qarışdırır.

Böylə bir mühüm məsələnin həlli üçün təbrizlilərə lazımdır ki, güvveyi-hərbiyyeyi-nariyyəyə dara olduqları kimi, bu dolam-dolaşıq siyasət və diplomatiya məsələlərinə aşina olub onlara etilaf verə bilən qüvveyi-mənəviyyəyə də dara olsunlar ki, vətəni iki tərəfli mühafizə qılsınlar: həmi daxili düşmənlərdən, həmi də xarici tənələrdən.

Iştə görünür ki, səttarxanlılar bu cəhəti düşünmüşlər, düşünmüşlər ki, xaricdə olan alim və fazil iranlı mühacirlərinə Səttarxan tel vurmuşdur ki, vətənin bugünkü ehtiyaclı günlərində öz əql və təcrübələri ilə, bilik və fəzlləri ilə ona kömək etməyə tələssinlər.

Bu məsələ xüsusində “Tərəqqi”nin keçmiş nömrələrinin birində “Nə etməlidir?” sərlövhəsi altında yazdığımız bir məqalədə biz Londona, Parisə və qeyri Avropa paytaxtlarına qaçmış olan iranlıları həmin bu qəsd üçün çağırmışdıq və bunu da bilirdik ki, bizim bu səsimizə İran məhafili-siyasiyyələri həmsəda edilər. Lakin bu vaxta kimi bir şey, bir əsər çıxmamış, harda qaldıqlarından bir xəbər alınmamışdır...

Səttarxan, İran istiqbalının tamsali-mütəccəssimi olan o Səttarxan mənəvi köməklər istiyor, xaricdəki üqəla və üləmasını dəvət ediyor.

Pəs məduvvinlər*[5] harada qaldılar?!

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 80, 20 oktyabr 1908

*[1] gərur - bölük

*[2] büğz – qəzəb, kin

*[3] vəxim - güclü

*[4] iştial – şölə, alovlanma

*[5] məduvvinlər – dəvət olunmuşlar