Məqalələr

XEYRİYYƏ VƏ MAARİF CƏMİYYƏTLƏRİMİZ

“Tərəqqi”nin keçmiş nömrələrinin birində erməni mədəni ittifaqının görmüş olğu ali təşəbbüsatlarının fədakaranə işlərinin müxtəsərən hesabı və ehsası göstərilib idarədən yerində olaraq acı həqiqətlə məmzuc*[1] bir sual verilmişdi.

Idarə bütün Qafqaziya əraminəsi arasında olan qüvayi-mənəviyyə və maddiyyəni cəmləyib xeyrətkarlığa əvvəlinci lazım olan ittihadi əmələ gətirib, o ittihadi-qəvibünyad əsasi üzrə qurulan erməni mədəni ittifaqının, maarif, teatro, zəmindarlıq, ziraət, mətbuat, tədbiri-səhiyyə və müavanəti-tibbiyyəyə cəmaəti zəlami-cəhldən qurtaran ümumi qiraət və xitabələrə dair və sənayeyi-nəfiseyi-əlasına münhəsir müxtəlif və kəsirül-misal şüubatının gördüyü fədakarlığın bizlərdən ötrü bir dərəcə heyrətdə olaraq tərəqqi etmiş olduğunu tedad edib də müsəlman əhalisinin tək bir Bakıda ədədi dövrdə varmış olan maarif məclislərini, “Nicat”, “Cəmiyyəti-xeyriyyə”, “Nəşri-maarif” və “Səadət”i nəzəri-tənqidə alıb hamısının bərabərlikdə erməni mədəni ittifaqının çərəyicə iş görəmədiklərini mülahizə edib də “əcəba bizim cəmiyyəti-xeyriyyələrimiz nə etmişlər?” – suali-bicasını veriyor.

Bizim cəmiyyəti-xeyriyyə və maarifkaranələrimiz nə etmişlər?!...

Bu suala cavab olaraq, başqa bir sual ilə ibtidai-məqal etmək daha yerli olar.

Zira məncə, bizim cəmiyyətimizin gördükləri işlər meydanda zatən bayram günü şəhərin müxtəlif yerlərində, müxtəlif zallarda, teatrolarda açılan məclisi-təşrif və rautlar qurulan teatr və bufetlər bu karkünanlara bir işarə deyilmidi?

Əvət, bu işarət aşkar surətdə ki, cəmaət üçün işləyən erməni mədəni cəmiyyətinin işlərini görmək istəyənlərimiz yox deyildir.

Lakin səbəb nə isə bu işləri bir yerə mərkəzləşdirib bunlarda parça-parça olunan qüvayi-maddiyyə və mənəviyyələri bir yerə bitişdirmək əvəzində xırda-xırda olunur və bu cəhətdən də qonşularımızın bütün, böyük və görkəmli əsərlərinə müqabil bizim işlərimiz hamısı xırda-xırda kimi nəzərə gəlir. Həqiqətən də xırda-mırdadır. Çünki bir çox xırdda və kişik qüvvələr madam ki, cəmləşməyib, madam ki, nəşri-maarif və mədəniyyəti-əvam və imrani-vətən kimi böyük işləri görməyə bizdə koperasyonluq əlbirliyi ilə iş görmək yox, ancaq tərəf-tərəf çəkilib parçalanmaq vardır, madam ki, Krılovun hekayəsində olduğu timsal kimi hərəmiz bir yana çəkəcəyik, o halda – dövri-çərxeyi-mədəniyyətimiz haman yerində qalacaq, hərəkətə gəlməyəcəkdir.

Mən məsaili-iqtisadi və siyasidə nə qədər tərəfdari “ixtilaf” və “mübayinət”*[2] olsam da maarif və mədəniyyət işində bu “ixtilafa” və “mübayinətə” müsəlmanların indiki övzaından haşi tərəfdar deyiləm. Zira cəmiyyəti-mədəniyyənin qəsdi bir sinfi-müəyyənə xidmət etmək deyil bilümum bütün möhtacini-mərifəti milləti nail bekam etməkdən ibarətdir.

“Nəşri-maarif”, “Nicat”, “Səadət” hamısının məqsədi nəşri-savad və maarif deyilmi? Hamısı çalışmıyormu ki, “milləti qabağa” aparsınlar?

Madam ki, öylədir, bəs niyə aralarında ittihal yoxdur, bəs niyə bir yerə cəmləşib “müsəlmn mədəni ittifaqı” əmələ gətirmiyorlar?

Cəmaətimizin maarifə olan ehtiyacı günü-gündən artır. Mədəniyyət kəsb etmək və qonşulara çatmaqda olunan sürəti-qədəm get-gedə çoxlaşır. Bu günlər ehtiyac o dərəcəyi-təkəllümə çatmışdır ki, ayrı-ayrı olmuş mövcud cəmiyyətlərimiz o ehtiyacın öhdəsindən gəlmək imkanından xaricdirlər.

Yetim və səfilani-cəhalət olan xırda uşaqları görür, bizi kabus müdhişlə əhatə edən cəhalətin səməreyi-canəndazi olan küçə qitallarına şahid olaraq da, bütün qüvvəsi ilə üstümüzə şığıyan bu bəlanın dəfi üçün bütün qüvvəmizlə də müqabilə etmək əvəzində firqə-firqə olub ayrı-ayrı olub ayrı-ayrı meydana çıxarız.

Bütün müsəlman xeyriyyə və maarif cəmiyyətlərinə ümumillət  maarifi və tərəqqisi naminə lazımdır ki, saheyi-ittifaqa qədəməndaz olub, ayrı-ayrı işləməyi buraxıb birləşsinlər!

Məsələnin əsası olan bu cəhətini müydani-müzakireyi-mətbuata atıb təfriqat və tafsilatını bəyan etmək üzrə sonradan qələm sürəcəyimi elan ilə, bütün ərbabi-qələmdən, ələxüsus Bakıda olan müsəlman cəmiyyati nümayəndələrindən xahiş ediyoram ki, bu məsəleyi-əsası barəsində öz nöqteyi-nəzərlərini bəyan buyurub, bu məsələnin həllinə girişsinlər.

Mənim nəzərimcə atidə başa gəlməsi möhtəməl olan “islam mədəni cəmiyyətinin” əsası gərək aşağıdakı əsas üzərində qurulsun:

  1. Ümumbəşəriyyət nöqteyi-nəzərindən nəşət edən və mümənnəyi-haliyə, əsri-mədəniyyəyə müştəməl olan tərəqqiyə müvafiqət;
  2. Bir idarə və ya bir kassa olduğu ilə bərabər cəmiyyətin müxtəlif şüubatı olmalı və bu şüubatə gördükləri işlərinə imtiyaz verməkdə ədəmi-mərkəziyyəti əsas ittixaz etməli;
  3. Ol karda “nəqdiyyə”, “məkatib”, “mətbuat”, “sənayei-nəfisə” (teatro, rəssamlıq və qeyrə) şüubatının təşkili vücubatdan ədd edilməlidir.

Mən “Nicat” maarif cəmiyyətinin sədri olduğum halda bu fikrimi qeyri-rəsmi surətdə mənimlə işləməkdə olan yoldaşlarıma nəql və fikrimin nə yol ilə əmələ gətirələcəyini təfsilən bəyan etdikdə onların bir çoxu mənim bu fikrimə şərik olur və təhsin ediyordular. Nəşri-maarif əzalarından bir neçəsi ilə bu xüsusda müsahibədə bulunduq cavabi-məmul aldıq.

Indi baxalım ki, qeyri-ərbabi-həmiyyətməndanımız cavanani-karvanımız və pirani-cavan fikrimiz bu təklifə nə yolla baxacaqlar?! İştə gəlin də müzakirə edəlim. Müxalifəti-əfkarımızdan qorxmamaları, təsəvvürümüzü açıq söyləməlidir.

Çünki,

Çıxar asari-rəhmət ixtilafi rəyi ümmətdən. Və “təsadüfi əfkardan bariqeyi-həqiqət doğar”.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 78, 17 oktyabr 1908

*[1] məmzuc - qarışıq

*[2] mübayinət – uyğunsuzluq, ziddiyyət