Məqalələr

TƏƏSSÜFLİ HALƏTİMİZ

Əhalinin bekarvaxtlarında güzaranı bihudə keçməyib ləhvü-ləəbə*[1] məşğul olmasın deyə, Avropa qaidəsi olaraq şəhərlərdə cəmiyyətxanələr təşkil olunmuşdur. Bu cəmiyyətlərin qism-qism olduğunu hər kəs bilir zənnindəyəm. Amma nəzərimdə bir təəssüfli halətimizi nəzərə vermək üçün bu dəfəlik “klub” deyilən cəmiyytədən danışmağı kafi hesab ediyoram.

Klub cəmiyyəti əslən mülaqat, ülfət, müsahibə, qiraət və qeyri-qeyri məhəbbət artıran, məlumat ziyadələndirən, tərəqqi və təaliyə xidmət edən bir məcmə olmalı isə də, amma əsl məqsəddən uzaqlaşıbdır. Ləhvü-ləəbdən qaçaraq özünə klub evini pənah bilənlər ədulərinə burada giriftar olmuşlardır. Klub bəlasına goroftar olanlar hər millətdən var isə də müsəlmanlar nəhayət mərtəbədə bu bəlaya alışıb, guya təbən məxsusları olan qəflətə giriftar olmaqdadırlar. Qeyri milət vtəəndaşlarımız kluba bir saat gəlib gəncəfə*[2], şətrənc*[3] və qeyri oyunlara məşğul olursalar da, bir neçə saat dəxi qalıb da öz ana dilində və ya rus dilində olan qəzetələr, jurnallar ilə məşğul olurlar. Öz rəfiqləri ilə millətin, dövlətin, cəmaətin əhval və məişətindən və qeyri zəmanənin mühüm məsələlərindən danışır, deyişirlər. Bu söhbətdən, bu danışıqdan da siniflərinə, cinslərinə xidmət edəcək bir fikr, bir təsəvvür, bruz*[4] ediyor.

Amma müsəlmanlar isə axşamdan qumara oturan sübhi göz ilə görürlər. Oyun üstə bir-birilə höcətləşib, bəlkə də söyüşürlər. Evə qayıdanda bir-birlərindən kədərli, küsülü gedirlər. Millət dərdi bilməz, cəmaət fikri çəkməz, zəmanə məsələsi qanmaz, klubu fəqət gəncəfəxanə fəhm edib, işrət evi ədd edirlər. Buna şahid olaraq bir nəfər rəfiqlərimdən mənə etdiyi söhbət atidə rəvayət olunur:

Kluba gedib oturdum ki, bir az qəzetdən, jurnaldan oxuyub kəsb ittiıla və mərifət edəm. Çar*[5] ətrafımda rus, erməni rus, erməni və qeyri xaricə qəzetləri gördüm. Amma müsəlman şəhrinin klubunda, bir yerdə ki, üzvlərin bir hissəsi müsəlmanlardır, özgə yerdə çıxan öylə dursun, şəhərimizdə intişar olunan qəzetlərin heç birini görməyib, nəhayət təəccüb və heyrət ilə pişxidməti çağırıb sual elədim, - niyə müsəlman qəzetləri yoxdur? Cavab verdi - əzizim, bu barədə sizin müsəlmanlarınız özləri müqəssirdirlər, ona görə ki, elamnamə verib tələb etmiyorlar: ancaq gəlib yalxu keyf etmək, ləhvə olmaqdan başqa qeyri bir şey bilmiyorlar. Budur, bizim tək bir nəfər polyak (leh) üzvümüz var. Məhz onun xahişinə görə bir ədəd polyak qəzetəsi alırız, sizin müsəlmanlar istəməyən halda bizə nə sərfədir ki, bica yerə pulumuzu xərc edək. Rəfiqim diyor – gördüm ki, sözü haqdır, dəxi ona bir söz deməyib hazırda olan müsəlman üzvlərdən birinə bu xüsusda şikayət edib nə üçün tələb etməmələrini soranda mənə təsəlli verib dedi ki, “bu barədə inşaallah bir məsləhət edəcəyiz... Heyhat, heyhat! Bir adamın tələbi ilə başa gələn şeylərin xüsusunda məsləhət gözləyib, ümumiyyətlə görülməli olan məsələnin həllini bir nəfərə ricu etmək haləti biz müsəlmanlardan görəsən nə vaxt zail olacaq?!.

Kəmhimmətlik budur, qəflət bu əndazədə olmaz!
əz maast ke bər maast!..
Gər müsəlmani həminəst ke maha darim
Vay əgər ən peye emruz bovəd fərdan!*[6]

M.Ə.R-zadə
“İrşad”, № 47, 15 fevral 1906

*[1] ləhvü-ləəb – eyşü-işrət

*[2] gəncəfə - qumar kağızı

*[3] şətrənc - şahmat

*[4] bruz - aşkar

*[5] Çar (çahar) – dırd tərəfimdə

*[6] Azhimmətlilik budur, bu dərəcədə qəflət olmaz, özümüz özümüzə edirik.
Əgər  müsəlmanlıq budur ki, bizdə var,
Vay, əgər bugündən sonra qiyamət günü gələ.