Məqalələr

NƏ ETMƏLİDİR?

“Məclisi-milli”nin talana gedib, vükəlayi-millət gəhr və qəzəbi-zöhhakiyə giriftar olduqlarından İranın səadətinə bağlanan bir çox ümidlər pozuldu. O qism tarixdə misli görünməyən bir zülm və ğədrə*[1] müqabil İranın sakitanə baxması və bir az sonra Təbrizdə baş verən etirazi-milliyyəyə özgə vilayətlərin xamuşana bir hal ilə əlaqədə bulunmalarını, böyük bir dəhşət sayəsində ətaləti-qəhriyyəyə uyumuş olan əhaliyi-İrani görən mücahidini-məşrutə batdı. “Bu yaxında artıq bir şey etmək olmaz” – deyı böyük bir ziştbinə uyub İranı tərk edib və Avropaya gedib oradan yeni türklər kimi təşəbbüsatda bulunmaq fikrinə düşdülər. Tağızadələr, Mirzə Əbülhüseyn xanlar və qeyrilər, bu yavuqlarda da durmayıb Londona (?) mülahizat diplomatikasından naşi (!) hürriyyətə, ələlxüsus islam məmalikinin hürriyyətinə müsaid olan Temza sahilinə ezam olub ordan İrana kömək etmək fikrinə düşdülər.

Mücahidini-millət və fazilini-vətənin yaxın bir vaxtda İrana xilas olmaq mümkün olmadığını zənn edən böylə bir ziştbinliyə giriftar olduqları halda, Təbriz ərseyi-həmiyyət-məndanəyə qədəm-əndazə oldu. Qədəməndaz olduda name İrani səfheyi tarixləkədar etməkdən mühafizə edib bütün aləmi-mədəniyyətə bildirdi ki, iranlılar kəmalınca qədri-hürriyyəti bilib, cəmaət hüququ yolunda can belə qoymağa hüzırdırlar. Bütün ziştbinlərə müzəffəranə bir surətdə bildirdi ki, onlar böyük səhv etmişlər.

Təbriz vaqiatını oxuyanlara və bu vaqiati-müzəffəranə və məqtəhanənin*[2] sayəsində İranın Mazandaran, Girman və bu kimi əyzlətlərində və hətta Tehranın özündə zöhhaki-əsrin paytəxtində belə cəmaət həyəcanı meydana çıxdı. Bir o qədər giclik və qəddarlıq göstərən şahın özünün – verilən xəbərlərə inanılarsa – verdiyi axırıncı fərmanından üdul*[3] edib təcrubədidə bir müəllim təbliği ilə fəsx*[4] etmiş olduğu qanuni-əsası və üsuli-intixabı iadə etməyə əmr verməyə məcbur etdi.

Surəti-kar bütün bütünə dəyişdi!

Bu vaxtadək bir taqım əclaflar tərəfində olan qüvveyi-zahirini, necə ki, gözləmək lazım idi, qüvveyi-milliyyə basdı. Iqbali-zəfər millət tərəfinə keçdi!

İndi nə etməlidir? İndi ovci*[5]-qələbəyə qalxmaqda olan millət hərəkatına rəhbərlik etmək gərək. Fəth və qələbəyə məğrur olub üsuli-mübarizə və təlabati əldən buraxmamalıdır.

Indi bir hücumi-nagahani saiqəsi ilə bədbinliyə giriftar olaraq vətəndən üzaq düşmüş olan əhrari-millət və mücahidini-hürriyyət hər yerdə varsalar “əllərində su da olsa” qoyub İrana kömək etmək üçün tələsməlidirlər. İran üzünə açılmış olan bu babi-zəfərə çatmağı yalxu bir Səttarxani-salar biliqtidarın mücahidə və şücaəti və Təbriz əhalisinin qüvveyi-qeyrət və həmiyyətməndanəsinə tapşırmaq onlardan ötrü ağır və müşkül olar. Bu saətdə meydani-mücahidə də cangüdaz olan bu qəhrəmanlara mənəvi köməkçilər lazımdır ki, bu vəzifəni də Avropaya qaçmış olan Tağızadə kimi vükaləyi-millət gərək dəröhdə edələr.

Onlar gərək öz fəzail və bilikləri İran övzaına*[6] olduqları bələdiyyət və idrakları və qeyri millət və dövlətlərin tarixlərinə olduqları aşnalıqları ilə millətin bu günkü mübarizəsində rahdar olsunlar.

“İndi nə etməlidir?” məsələsinin başqa cəhətlərdə cavabı nə olacağını bir ayrı vaxta buraxaraq indi ancaq bunu deyə bilərik ki, hərgah tarac və yağmayə detmiş məclisi-milli vükəlası İrana kömək etmək, iran millətini müzəffər görmək istəyirlərsə Temza kənarlarını buraxıb Kaspi sahilinə azim olmalıdırlar!

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 72, 9 oktyabr 1908

*[1] ğədr - dönüklük

*[2] məqtə - qəzəlin təxəllüs olan beytdən qabaqkı beyti

*[3] üdul – üz çevirmə

*[4] fəsx - pozma

*[5] övc - ən yüksək nöqtə

*[6] övza – vəziyyətlər