Məqalələr

MƏHƏMMƏDƏLİ ŞAHIN FƏRMANI

İranlı tanışlarımız vasitəsilə əlimizə keçən Tehranda paylanmış olan fərmani-şahının mali-qəddaranəsini türkcəyə tərcümə edərək İran tarixinin ikinci “Zöhhakı” olan bu zatın təbiətini göstərmək istəriz.

Hüquqi-milliyyəni qəsb, heysiyyət və əzəməti-dövliyəyi nəhb*[1] edən bu İran Zöhhakı dəfərlə şəriətə and içib andını sındırmaqla həkki-hörmətində zərrə qədər müsamihə*[2] eləməyən, Qurani-Əzimuş-şəni və onun qoyduğu vədiəti-islamiyyəni guya mühafizə və himayə edənlər kimi bir lisan alaraq bütün dünya durduqca kəramətlə yadigar olunacaqsa, bir halda dağıtdığı məclisi-milli əvəzinə, məclisi-fikriyyəyə bir dəfə uymuş olan üquli-amməni oydurmaq qəsdi ilə yığmaq istədiyi “Surəti-məclis” barəsində xainlərin sədri-əzəmi olan sədri əzəmə verdiyi bir dəsti-xəttində böylə diyor:

“Məclisi qovandan sonra nəzmi məmləkət iqtizası ilə rəiyyətin ədəmi asayışınə səbəb olan müfsidlər*[3], əncümənlər və bidin şəxslərin dəfinə dövlət iqdam elədiyində vədə vermişdik ki, iadeyi-nəzm*[4] edib hərci-mərcin, əncümənlərin dəfindən və əmniyyəti-məmləkət və asudənin olandan sonra qəvanini məmləkətin məzacı ilə həzrət xətmi mürəttibin şəriətinə müvafiq olub ədalət qanunlarının hafizi və ədl vidadin naşiri olan bu məclis münəqid eyləyəcək ki, ümumi millət və təbaqati rəiyyəti ki həzrəti əhədinin vədiələridirlər, rahət və aludə eliyib əşrar və müfsidlərinəllərini gödəldən və bu beyzəyi müqəddəsi-islamı ki əvvəlinci fəraiz və əqidələrimizdəndir hifz eyləyək. Necə ki, bizdə həmcüvar dövlətlərin vəziri muxtarlarına və səfrayi-kübəralarına bu yolu elan və elam buyurmuşduq.

Indiki məclisi-məzburun vəd olunan vaxtı caiz cənab Əşrəfə müqərrər buyururuz məzaci-məmləkətə müvafiq olan hüdur və şərtlərlə və qanunları şəriəti-mütəhərrə ilə düzdüşən və hərci-mərcin tövlidinə mane olan bir tərəfdə olan məclisi-məzburun iniqadını şəvvalın ön doqquzunda mərhəmət buyuracayıq.

Indi isə ümumi əhaleyi-məmləkətə və təbəqati-rəiyyətə elan edək ki, nə üçün həzrəti-əhədiyyət bizim vücudu-müqəddəsimizi mülk və millətin hafizi, tac və təxtinin gözətçisi, dini-mibini islamın hamısı qərar vermişdir. Və bundan ibadullahın rifah və asayişindən və ədli-vidad qanunlarının icrasından başqa məqsudi olmamışdır. Və Seyidül-Mürsəlinin şüarına iqtida edərək və asari-rəsuli rəbbül-aləminə iqtiza edərək öz fərizələrimizdən sayırıq ki, bu dəsti-xətti mədiləti-nümutun süduru ilə ümum əhalini mütməin və ümidvar edib müqərrər buyururam ki, şəvval ayının 19-da həzrəti əhədiyyətin təfəzzülatı, imami-əsri-həzrəti Hüccət ibnil-Həsən Əccələllahu Fərəcəhunun tövcihatı ilə məclisi-müəyyəni əşxasi mütəməddindən olaraq ittiqad edək ki, bu məclisi-məşrui ədalətnəmud vəsiləsi ilə əhaleyi-rəfahidə, həsrəti seyidül-mürsəlinin qəvanini mühafizətində və icrada hərc-mərclik, binəzmlik və əncümənlərin iniqadı belə mətruq və mədum bizim qüdsi-ayat olan mənzuratımız mücbiri turuq və şəvarii münəzzəm, ümum əhali bizim rəfət və mərhəmətimiz sayəsində, mütənəim, əhalinin irz və namusu məhvuz, millətin asayışına lazım olan səbəblər hər çəhətdən fərahim, tərəqqi və sərvəti-məmləkətin münqəziyən izdiyadda olub inşaallah təala allahın istəyi və imami əsrin tövcihatı ilə xoşbəxtlik qapısı əhali üzünə açılıb rifahda olsunlar. Və indidən müqərər buyururuq ki, seçkilərin nizamnamələri və məmləkətin qanunları ki, gərək həzrəti nəvəbi səlləllahu əleyhi şərinə müvafiq olsun yazıb tərtib verəsiniz. Və şəvvalın 19-u üçün hazır və elan edəsiniz ki, hər iki məclisə şüru edilib və hər kəs öz təklifini bilib, öz həddindən təcavüz eləməyib və ümum mərdom hər bir cəhətdən nəhayət asayişlə zindəganlıq edələr. Vəli çün Təbriz əşrar və müfsidini o qədər hərzəlik, şərarət və qan tökdü itmiş və şəhri-məğşuş və münqəlib etmişlər ki, dövlət bir dəxi əşrar və müfsidləri tənbeh etməkdən sərfi-nəzər edə biliyor. Budur dəsti-xətt olunur ki, ta Təbriz şəhəri münəzzəm və onunəşrarı qəl və qəm və oranın məzlum əhalisi asudə olmasalar və əmniyyətini iadə etməsələr, Təbriz şəhəri bu hökmdən müstəsna olacaqdır.

Sentyabrın 27-də 1326

Məhəmmədəli Şah Qacar.

Yuxarıda yazdığımız müqəddəmə ilə bu dəfəlik də kifayətlənib bu xüsusda olan müfəssəl tənqid və mülahizatları qəzetəmizdə qoncayeş olmadığından gələcək nömrəyə təxir ediyoruz.

Keçən nömrədə İran Zöhhaki-sanisinin “Surəti-məclis” iniqadı barəsində nəşr etdirdiyi fərmani-təbiətnümasını dərc edib vədə vermişdik ki, bu xüsusda öz tənqid və mülahizatımızı bəyan edək.

Nəzərimizcə kifayət edər ki, şah dilində yazılmış olan bu fərmanı insan dilinə tərcümə edəsən. Bu tərcümə edilirsə başqa tənqid və mülahizat özü-özünə anlaşılacaqdır.

Iştə tərcümə:

“Məmləkətin ümranına əhalinin əmniyyət və səlamətinə nəzmi məmləkətə çalışan məclisi qovdurduğumuz, məscidi gülləbaran eyləyib məsum uşaqları qanına qəltan edərək bizə təzim etmək istəməyən dindar şəxsləri dəf edib şəxsimizə rahatlıq verməyən əncümənləri qovduqda vədə vermişdik ki, qanunları məcazımıza və xahişi-tələbimizə müvafiq olub əhaliyə təbəiyyət və inqiyad öyrədən bir məclis münəqid edək ki, ümumillət və təbəqati-rəiyyət ki bizim dilibağlı qoyunlarımızdır rahat və asudə eyləyib, pişrovları olan ərbabi-təməddün və elmin təşviq və tərciblərindən uzaqlaşdırıb və bezeyi-islami ki əvvəlinci görmək istəmədiyimiz fəraiz və əqidələrimizdəndir sındıraq. Necə ki bu xüsusda bütün həmcüvar dövlətlərin səfirlərinə qayda üçün xəbər verib cənab Lyaxov ilə yaxşıca məsləhətləşmişik.

Indi ki, vədə verdiyimiz vaxt yaxınlaşır sədri-əzəmə müqərrər edirik ki, məzacımıza və Lyaxov ilə Əmirbahadurun məsləhətinə müvafiq qanunlar ilə yığılmalı məclisin nizamnaməsini tərtib eləsin ki, şəvvalın on doqquzunda olaraq başı qapaza öyrəşmiş olan alçaq rəiyyətlərimin başına sərki olaraq vurub özümün rəiyyətkub bir padşah olduğumu bildirəcəyəm. Indi isə ümumi qülamani həlqəbəguşlərimizə*[5] elan edirik ki, çün iblis Süruşnaf həzrətləri bizim vücudi-nəhsimizi mülk və millətin taciri, tac və təxtin sahibi-mütləqi, dini-mütləqi, dini-mibini-islamın məhzəbi qərar vermişdir və dünyada ibadullahın zillət və rəzalətindən, zülm və istibdad qanunlarının icrasından başqa məqsudi olmamışdır və qonşularımızın şüarına iqtida edərək öz borclarımızdan sayırıq ki, bu dəsti-xətti məzləməti lutun süduriylə ümum əhalini mütməin*[6] və ümidvar edib müqərrə buyururam İranın tazələnməsinə və mənim cəngimdən qurtarmasına inanmasınlar.

Iblisi-isəqinin təfəzzülatı Şeyx Fəzlillahın təvəccühatı ilə məclisi-müəyyəni xunxar olduğum halda allah kölgəsi bilən şəxslərdən olaraq iniqad edin ki qəbulum və xahişim olan bu məclis vasiləsilə əhali rəzalətdən, həzrət seyidül mürsəlinin qanunları zicrətdə hərci-mərclik rövnəqində binəzmlik qaydada olub cəmaət dərdinə qalan əncümənlər bilmərrə mətruk*[7] və mədüm*[8]; bizim dənaətşüar olan mənzuratımız mücri, türuq və şəvari dağınıq, ümum əhali bizim bətalət və kəsalətimiz sayəsində başı qapazlı, həddən artıq alınan biddə vergilərimizin cəhətindən ac və yalavac əhalinin irz və namusu təminsiz, millətin asayışınə lazım olan yollar hamısı bağlı, tərəqqi və sərvəti-məmləkət tənəzzüldə olub inşauş-şeytan iblisin istədiyi və Şeyx Fəzlillahın köməyi ilə bədbaxtlıq qapısı rəiyyətimiz üzünə açılıb da səfalətdə olsunlar.

Vəli çün Təbrizin üzünə ağ olan qəhrəman və igidləri o qədər fədakar əşrar və müfsidləri o qədər şərarət və qan tökdü etmişlər ki, mənim başımda yığışan heyəti-dövlət bu xainlərə tənlər etməyə bilməz.

Budur dəsti-xətt olunur ki, ta Təbriz məşhəri xidməıtində bulunub rəşadəti sayəsində mənə ağru olmalarına bais olan Səttar Xanı qolu bağlı mənim hüzuruma göndərməsələr onlara açılacaq “məclisi-ədəbimdə” yer olmayacaq. Və iblisin lənəti onların üstündən götürülməyəcəkdir.

Məhəmmədəli şah Qacar

Bəli, Məhəmmədəli şahın verdiyi fərmanı bu surətdən bağqa ayrı tövrdə qanmaq mümkün deyildir.

Çünki bu adamın tutduğu əməlləri dediyi sözlərə müqabil qoyanda ancaq bu mənanı vermək olar.

Boylə məna ilə fərman verməyə Məhəmmədəli şaha cürət verən halın səbəbini də dünən qəzetimizdə dərc olunan Tiflis teleqramlarında aramalıdır.

Görünür ki, Məhəmmədəli şah çox da iblisi sevindirəcək dərəcədə yerini bərkitməmişdir. Tehrandan gələn axırıncı xəbərlər buna işarədir. Görən gələcək nə verir!

M.Ə.Rəsulzadə
“Tərəqqi”, №№ 63, 64; 28 və 29 sentyabr 1908

*[1] nəhb – qarət

*[2] müsamihə - bağışlamaq

*[3] müfsidlər – fitnə fəsadçılar

*[4] iadeyi-nəzm – yenidənqurma

*[5] qülamani həlqəbəguşlər – qulağı həlqəli qullar

*[6] mütməin - arxayın

*[7] mətruk – tərk olunmuş

*[8] mədüm - məhrum